Maşınlara xərclənən yarım milyard dollar
2021-ci il ərzində Azərbaycanda idxal edilən avtomobillərin sayı artıb. Dövlət Gömrük Komitəsinin rəqəmlərindən aydın olur ki, bu ilin ilk 7 ayı ərzində ölkəyə 47 min 374 ədəd avtomobil gətirilib. Həmin avtomobillərin idxalı ölkəyə 475 milyon dollara başa gəlib.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 7 ayı ərzində idxal edilən avtomobillərin sayı az qala ötən ilin 12 ayının idxalına bərabərdir. Devalvasiyadan sonrakı illərin heç birində bu qədər yüksək avtomobil idxalı qeydə alınmamışdı.
Buna da bax: Azərbaycanda yeni avtomobillərin sayı azalır, xərcləri artırCədvəl: 2013-2021-ci illərdə Azərbaycana idxal edilən avtomobillərin sayı
İl |
Avtomobil sayı |
2021 (İlin ilk 7 ayı) |
47 min 374 |
2020 |
53 min 729 |
2019 |
47 min 710 |
2018 |
28 min 876 |
2017 |
13 min 098 |
2016 |
5 min 746 |
2015 |
26 min 785 |
2014 |
63 min 368 |
2013 |
104 min 385 |
Hibrid avtomobillərə və motosikllərə maraq artır
Ölkəyə gətirilən 47 mindən çox avtomobilin 44 min ədədini minik avtomobilləri təşkil edib. Minik avtomobilləri ilə bağlı gözə dəyən əsas məqam isə, ölkədə daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin, yəni, hibrid avtomobillərin sayındakı ciddi artımla bağlıdır. Belə ki, rəsmi rəqəmlərə görə, 2018-ci ildə 146 ədəd hibrid avtomobil idxal edildiyi halda, 2019-cu ildə bu rəqəm 3645-ə, 2020-ci ildə isə, 5080 ədədə yüksəlmişdi. 2021-ci ildə isə, ilin ilk 7 ayı ərzində bu rəqəm artıq indidən 5 min 879 ədədə yüksəlib. Bu o deməkdir ki, 2018-ci ildən bəri, ölkəyə gətirilən hibrid avtomobillərin sayı 40 dəfə artıb. Artıq idxal edilən avtomobillər arasında hibrid mühərrikli avtomobillərin payı 12 faizdən də yüksəkdir.
Buna da bax: Yeni avtomobillərin yarısı elektriklə işləməlidirHibrid avtomobillərlə yanaşı, son dövrlər maraq artan nəqliyyat vasitələrindən biri də motosikllərdir. Rəsmi rəqəmlərə görə, son 2015-2020-ci illərdə ölkədə bu nəqliyyat vasitəsinin sayı 50 faiz artıb. Son illərdə Azərbaycanda çatdırılma xidmətləri genişlənməkdədir. Pandemiya dövründə məhdudiyyətlərin artması, kuryerlər tərəfindən geniş istifadə edilən motosikllərin sayının artmasına da təsirsiz ötüşməyib.
Cədvəl: 1990-2020-ci illərdə Azərbaycanda istifadə edilən motosikllərin sayı
İl |
Motosikllərin sayı |
2020 |
4 min 594 |
2019 |
4 min 69 |
2018 |
3 min 2906 |
2017 |
3 min 77 |
2016 |
3 min 290 |
2015 |
3 min 215 |
2010 |
1 min 643 |
2005 |
3 min 562 |
2000 |
6 min 389 |
1995 |
13 min 307 |
1990 |
37 min 592 |
Azərbaycanlılar hansı avtomobillərə üstünlük verir?
2021-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə hələ də minik avtomobillərin əsas hissəsini VA markalı avtomobillər təşkil edir. İlin əvvəlinə ölkədə olan 1 milyon 264 min 542 minik avtomobilinin 400 mini, yəni, təxminən hər üçündən biri məhz VAZ avtomobili olub.
Ümumilikdə, ölkədə istifadə edilən avtomobillərin 38 faizi Rusiya istehsalıdır. Azərbaycanda ən çox istifadə edilən ikinci avtomobil isə “Mercedes”dir. Ölkədəki “Mercedes” markalı avtomobillərin sayı hazırda 206 min ədəddən çoxdur. İlk üçlükdə olan digər bir marka isə, Hyundai-dir. Bu markadan olan avtomobillərin sayı 81 min ədədə bərabərdir.
Cədvəl: 2021-ci ilin əvvəlinə Azərbaycanda istifadə edilən minik avtomobillərinin sayı
|
Marka |
Say |
1 |
Vaz |
400 min |
2 |
Mercedes |
206 min 500 |
3 |
Hyundai |
81 min 71 |
4 |
Toyota |
64 min 770 |
5 |
Opel |
53 min 938 |
6 |
KİA |
43 min 444 |
7 |
Nissan |
34 min 479 |
8 |
BMW |
29 min 718 |
9 |
Chevrolet |
28 min 088 |