Rusiyada müxalifətçi Vladimir Kara-Murzaya yeni “saxta” ittiham “Rusiya ictimaiyyətinin dissidentlik etməməsi üçün aşkar hədədir”, hakimiyyət Ukraynada müharibə apardığı bir dönəmdə çoxdankı təzyiqləri davam etdirir. Belə bir bəyanatla Human Rights Watch (HRW) insan haqları qrupu çıxış edib.
Kara-Murzanın vəkili ötən həftə elan edib ki, müvəkkilinə “arzuolunmaz” təşkilatın fəaliyyətilə əlaqədar ittiham irəli sürülüb.
Buna da bax: Bellingcat, Insider Rusiyada qadağan olunurKremlin tendensiyası
HRW avqustun 8-dəki bəyanatında Rusiya rəsmilərini Kara-Murzaya qarşı bütün ittihamları, eləcə də son ittihamın əsasında duran, “sui-istifadəyə yol açan” qanunu ləğv etməyə çağırıb.
“Kremlin tənqidçilərini saxta ittihamlarla həbs edərək sonradan onlara yeni saxta ittihamlar verməsi və orada saxlaması bir tendensiyaya çevrilib. Kara-Murzaya yeni ittiham Rusiya vətəndaş cəmiyyətində daha çox qorxu yaratmağı, onu Kremlə və Ukraynadakı müharibəsinə qarşı çıxmaqdan çəkindirməyə yönələn həyasız cəhddir”, – HRW-nın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.
Kremlin çoxdankı tənqidçisi olan Kara-Murza iki dəfə aşkar zəhərlənmədən salamat çıxıb. O, apreldə Rusiyanın Ukraynadakı müharibəsi haqda “saxta informasiya yaymaqda” suçlanaraq həbs olunub.
Buna da bax: Rusiya diplomatlarının Avropadan kütləvi qovulması davam edirMaksimum dörd il həbs
Vəkili Vadim Proxorovun sözlərinə görə, Kara-Murzaya yeni ittiham oktyabrda Moskvada keçirdiyi konfransla bağlıdır. Xaricdə yerləşən Azad Rusiya Fondunun sponsorluğu ilə keçirilən tədbirin məqsədi Rusiyada siyasi məhbuslara dəstək vermək idi. Həmin fond Rusiyada “arzuolunmaz” elan edilib.
HRW yeni ittihamla maksimum dörd il həbs cəzasının nəzərdə tutulduğunu bildirir.
“Kara-Murzaya saxta ittihamlar aşkar siyasi motivlidir, o, eləcə də biabırçı ‘saxta xəbər’, ‘arzuolunmaz’ və oxşar ittihamlarla təqib edilən çoxsaylı rusiyalılar dərhal və qeyd-şərtsiz buraxılmalıdır. Rusiya hakimiyyəti narazıları və müxalifətin kökünü kəsməyə yönəlik ümidsiz cəhdlərində ədliyyə sistemindən sui-istifadə və manipulyasiyanı dayandırmalıdır”, – Uilyamson söyləyib.
Buna da bax: Canlı efirdə etiraz etmiş jurnalist cərimələnib“Arzuolunmaz təşkilat”
2015-ci ildə qəbul olunmuş “arzuolunmaz təşkilat” qanunu Kremlin xarici mənbələrdən, əsasən Avropa və ABŞ-dan maliyyələşən qeyri-mənfəət və qeyri-hökumət təşkilatlarını sıxışdırmağı hədəfləyən qanunlarından biridir.
Sonradan deputatlar qanunun əhatə dairəsini xeyli genişləndirib, Rusiya vətəndaşları və təşkilatlarının dünyanın istənilən yerində belə “arzuolunmaz” qrupların fəaliyyətində iştirakı yasaqlanıb.
Qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun yaxın müttəfiqi olan Kara Murza 2015 və 2017-ci illərdə iki dəfə Moskvada xəstələnib, onda zəhərlənmə simptomları aşkarlanıb.
Qohumlarının Rusiyadan çıxardığı nümunələr Federal Təhqiqatlar Bürosuna (FBI) verilib, onun “qəsdən zəhərləndiyi” bildirilib.