“Son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib”.
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında yayılmış məqaləsində belə yazılır. Məqalənin mətnini ölkə başçısının rəsmi internet səhifəsində yerləşdirilib.
Ölkə başçısı Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin önəmindən bəhs edir. Layihə çərçivəsində “Şahdəniz-2” yatağı üzrə işlərin 87, Trans-Anadolu Qaz Kəmərinin (TANAP) 60, Trans-Adriatik Qaz Kəmərinin (TAP) də 30 faiz icra edildiyini qeyd edir.
Buna da bax: Neft Fondu ilk dəfədir ki, Mərkəzi Banka da pul ayırır
Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin 2017-ci ildə başa çatacağı, layihənin icrasının Çindən Avropaya yüklərin çatdırılma müddətini 25-30 gündən 12-15 günə endirəcəyi bildirilir.
Manat 10 faiz ucuzlaşıb
Ölkə başçısı Azərbaycanda sənaye parklarının yaradılmasından, pambıq, tütün, fındıq, çay, barama və digər ixrac yönlü məhsulların istehsalının artırılmasından da bəhs edib.
Buna da bax: Strateji Yol Xəritəsinin üzə çıxardığı korrupsiya
İ.Əliyev Azərbaycanın uğurlarla yanaşı, çağırışlarla da üzləşdiyini vurğulayıb. Gəlirlərin azaldığını qeyd edən ölkə başçısı ötən il ərzində milli valyutanın 10,1 faiz ucuzlaşdığını yazıb.
Nikbinliyi ifadə edən prezident “Strateji Yol Xəritəsi”nin təsdiqləndiyini, struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar aparıldığını nəql edib.
İ.Əliyev Azərbaycanın gücünün təkcə iqtisadiyyatla məhdudlaşmadığını qeyd edib. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda təşkil olunduğunu ifadə edib.
Buna da bax: Cəmil Həsənli: 'İslahatlara başlıca maneə İlham Əliyevdir'
2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq
Məqalədə idman mövzusuna da toxunulur. Azərbaycanın iri idman uğurlarına imza atdığı vurğulanır.
“Mən əminəm ki, 2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. İqtisadiyyatın şaxələndirilməsi işi demək olar ki, başa çatmaqdadır. Hazırda ölkəmizin ümumi daxili məhsulunun 70 faizi qeyri-neft sektorunun payına düşür. Bu gün bizim qarşımızda duran əsas məqsəd ixracın şaxələndirilməsidir”, prezident məqalənin sonunda qeyd edib.