-
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov yanvarın sonunda Azərbaycandan gedib. Aparat rəhbəri getməzdən öncə bütün mülklərini də satıb.
Yada salaq ki, vəkil Adəm Məmmədov bildirmişdi ki, onun müdafiə etdiyi şəxsdən keçmiş aparat rəhbəri bir rayona icra başçısının müavini vəzifəsinə təyinat üçün 170 min dollar alıb, amma sonradan ona verilən vəd yerinə yetirilməyib.
Komitədən isə moderin.az saytına bildirmişdilər ki, keçmiş aparat rəhbərinin 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov onların yanında olub. Məhz komitədə vəkillə söhbətdən sonra məsələnin araşdırılması üçün fevralın 5-də komitə rəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.
«Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa, müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib», - komitədən bildirilib.
Daha sonra isə Adəm Məmmədov komitədən deyilənləri təkzib etmişdi:
«Mən məlum məsələ ilə bağlı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində olmamışam»,-deyə vəkil Adəm Məmmədov qurumun şöbə müdiri Elgün Səfərovun verdiyi açıqlamanı təkzib edib.
Vəkil deyib: «Mən hüquqlarını qoruduğum şəxsin iddiasını müdafiə edirəm. Şikayətçi bildirib ki, 170 min ABŞ dollarını keçmiş aparat rəhbəri onun gözünün qarşısında Dövlət Komitəsinin sədrinə verib. Bu barədə tutarlı dəlillər var».
___________________________________________________________
Bunlara da bax:
____________________________________________________________
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov vəkil Adəm Məmmədovun növbəti iddialarına münasibət bildirib. O,Modern.az saytının sorğusuna cavab olaraq araşdırmaların davam etdirildiyini qeyd edib:
“Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə görə çox şey deyə bilər. Bu onun haqlı olduğunun göstəricisi deyil. Hər şey araşdırmaların nəticəsindən sonra bəlli olacaq”.
Vəkil APA-ya onu da deyib ki, S. İmanov yanvarın 31-də Bakı-İstanbul reysi ilə ölkəni tərk edib.
Buna da bax...
Sizin brauzer HTML5-i dəstəkləmir