Azərbaycanda inflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi üçün İşçi qrup yaradılıb. Bu barədə iyulun 17-də Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncamda inflyasiyaya təsir göstərən faktorlar sadalanır, dünyada geosiyasi gərginliyin davam etdiyi, iqtisadi sanksiyaların, pandemiyanın fəsadlarının hələ tam aradan qalxmadığı vurğulanır.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda inflyasiya göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 12.7 faiz artıb. Mərkəzi Bankın proqnozlarında ilin sonuna inflyasiya 8.3 faiz olaraq götürülüb.
Müstəqil iqtisadçılar bu göstəricinin daha böyük olduğunu deyirlər. Təhlilçilərin fikrincə, ölkədə inflyasiyanın birrəqəmli səviyyəyə endirmək üçün siyasi iradə lazımdır, bazar iqtisadiyyatına keçid sürətləndirilməli, bazarda rəqabətlilik yaradılmalıdır.
Buna da bax: Yanvardakı artımlar üç aya necə 'əridi'