1995-ci ildə dünya üzrə hər yüz nəfərdən biri internet xidmətindən istifadə edirdisə, 2000-ci ildə bu rəqəm yeddiyə çatıb.
Xəbəri Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) yayıb.
BTB-nin statistikasına görə, internetdən istifadə edənlərin sayı 2015-ci ildə 3,2 milyard təşkil edib. Bir il sonra isə dünyada təxminən 3,5 milyard nəfər internet çıxışına malik olub.
Proqnozlara görə, 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı 4,1 milyarda çatacaq.