İranlı etirazçılar ölkənin bir neçə şəhərində təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş 10 etirazçının qırxını yeni aksiya və nümayişlərlə qeyd ediblər.
Mərkəzi İrandakı Semirom şəhərində etirazçılar noyabrın 16-da təhlükəsizlik qüvvələri tərəfindən güllələnmiş 24 yaşlı Əli Abbasinin 40-nı qeyd etmək üçün toplaşıblar.
Polis aksiyanı kənardan müşahidə edir.
Buna da bax: İranla sərhəddə atəş səsləriBu aksiyadan yayılmış videolarda iştirakçıların “Xameneyiyə ölüm!” kimi antihökumət şüarları səsləndirdikləri görünür.
Əli Abbasinin bacısı qardaşının 40-ı mərasimində deyib ki, “mərdlərlə namərdlərin fərqi hərbin şeypurları çalınanda məlum olur”.
İranın Tehranın cənubunda yerləşən ən böyük qəbirstanlığı – Behişti-Zəhranın təhlükəsizlik qüvvələri tərəfindən bloklanmasına baxmayaraq etirazçıların böyük bir dəstəsi Həmidrza Ruhinin məzarına baş çəkə bilib.
Uşaqlıqdan modelçiliklə məşğul olan universitet tələbəsi Ruhi Tehranda noyabrın 18-də keçirilən nümayişdə güllələnib.
Buna da bax: İran Hörmüz boğazı yaxınlığında hərbi təlim keçirirŞahı devirmiş ənənə
Sosial mediada yayılmış videolarda qəbir üstə gələn etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurma görünür.
Buna bənzər səhnələr Bukan, Mərvdəşt, Əhvaz və İze şəhərlərində də yaşanıb.
İranda sentyabrın 16-da gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada dünyasını dəyişməsindən sonra başlanan etirazlar indiyədək səngimək bilmir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Həlak olan etirazçıların 40 mərasimini yeni etirazlara çevirmək ənənəsi 1979-cu ildə İran şahının devrilməsi ilə nəticələnmiş inqilab vaxtından qalır.
Hakimiyyət etiraz aksiyalarına amansızlıqla divan tutur. Bu isə öz növbəsində etiraz edənlərin qəzəbini daha da alovlandırır.
İranda etiraz hərəkatı başlanandan bəri 62 uşaq da daxil 500-dən çox adam öldürülüb.