İran ədliyyəsi zibil konteynerini yandıran şəxsə “Allaha qarşı müharibə” ittihamı irəli sürüb.
İranın Cinayət Məcəlləsində bu ittihamla ölüm cəzası verilə bilər.
Dövlət ədliyyəsinin Mizan xəbər agentliyi noyabrın 7-də prokurorluq nümayəndəsinə istinadən bildirib ki, Səhənd Nurməhəmmədzadə adlı bu şəxs zibil konteynerləri və avtomobil təkərlərinə od vurmaqla Tehranın əsas küçələrindən birində yolu bağlayıb.
Buna da bax: İran-Azərbaycan: Təlimə təlim, ittihama ittiham...Nurməhəmmədzadə bu ittihamı rədd edir və bildirir ki, etiraz aksiyası zamanı onun ofisinin qarşısındakı zibil konteynerinə od vurulsa da, o bu aksiyada iştirak etməyib.
Bu arada İran parlamentinin 290 deputatından 227-si ölkədə həftələrdir ki, davam edən etiraz aksiyalarının bəzi iştirakçılarının edam cəzasına məhkum edilməsinə çağırıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
“Qisas” prinsipi
İran ədliyyəsinin rəhbəri Qulamhüseyn Mohseni-Ejeyi noyabrın 7-də Ali Ədliyyə Şurasına deyib ki, o parlamentdən edilən bu çağırışı dəstəkləyir və etirazçılardan bəziləri “Qisas” prinsipi ilə edam oluna bilər.
Bundan əvvəl Mohseni-Ejeyi etirazçıların məhkəməsi ilə məşğul olan hakimləri onlara “yüngül cəzalar” verilməsindən çəkinməyə çağırmışdı.
Sərt xətt-hərəkət tərəfdarlarından mühafizəkar ruhani, Üləmalar Şurasının üzvü Əhməd Xatəmi də ədliyyə rəsmilərinə müraciət etmişdi.
Onun sözlərinə görə etirazçılara elə cəzalar verilməlidir ki, bir daha etirazlara cürət edilməsin.
Sizin brauzer HTML5-i dəstəkləmir
İnsan haqları təşkilatları İranda etirazçılara ağır cəzalar verilməsinə çağırışları pisləyiblər və biliriblər ki, İranda siyasi məhbuslar onsuz da haqlarının çoxundan məhrumdurlar.
Siyasi fəalların HRANA xəbər agentliyi bildirib ki, noyabrın 5-ə olan məlumata görə İran etirazlarında indiyədək 49 azyaşlı da daxil, 318 nəfər həlak olub.