Noyabrın 25-də Qətərdə keçirilən futbol Dünya Kubokunun növbəti matçında İran və Uels yığmaları qarşılaşıblar.
İngiltərə komandası ilə ilk matçdan fərqli olaraq İran futbolçuları bu dəfə oyunun əvvəlində ölkələrinin dövlət himnini oxuyublar.
Lakin birinci oyunla fərq yalnız bundan ibarət deyil.
Buna da bax: Aktauda Yol Xəritəsi qəbul edilibAssociated Press xəbər verir ki, bu matçdan əvvəl və matç zamanı İranın hökumətyönlü azarkeşləri oyuna İran etirazçılarını dəstəkləyən bayraq, plakat və maykalarla gələnlərı açıq-aşkar qısnayıblar.
Bu da xəbər verilir ki, Qətər təhlükəszilik qüvvələri stadiona yalnız İranın rəsmi bayrağının gətirilməsinə icazə vermişdi.
Buna da bax: Niderland səfiri Azərbaycan XİN-ə çağırılıbYalnız rəsmi bayraqlara icazə var
Qətərin Əhməd bin Əli stadionuna İranın inqilabdan əvvəlki bayraqlarını da gətirənlər olub, lakin bu bayraqların da içəri keçirilməsinə imkan verilməyib.
Qətər rəsmiləri bildirirlər ki, bu qadağan sırf İranla bağlı deyil və bu çempionatda tribunalara dövlətlərin yalnız rəsmi bayraqlarının gətirilməsinə icazə verilir.
Buna baxmayaraq İran hökumətini dəstəkləyən azarkeşlər üzərində “Qadın, Həyat, Azadlıq” şüarı yazılmış köynəklərdə olan azarkeşlərin üstünə qışqırır, onların əllərindəki plakatları dartırdılar.
Buna da bax: Avropaya üz tutan miqrantların sayı artırHələ stadionun çölündə İran azarkeşləri iki dəstə olmuşdular. Bir qrup İran etirazlarının devizinə çevrilmiş “Qadın, Həyat, Azadlıq!”, digər qrup isə “İran İslam Respublikası!” şüarlarını səsləndirirdi.
Kiçik qaragüruhçu dəstələr xarici mediaya müsahibə verən İran qadınlarını dövrəyə alır və şeypur çalırdılar.
Bəzi azarkeşlər isə qadınları mobil telefonla çox yaxın məsafədən videoya çəkirdilər.
Sizin brauzer HTML5-i dəstəkləmir
İranda futbol ulduzu həbs edilib
Əslən tehranlı, lakin hazırda Londonda yaşayan Məryəm AP müxbirinə deyib ki, o bura heç kimlə mübahisə etməyə gəlməyib, amma İran küçələrində adamlar öldürülürsə, futbolun heç bir əhəmiyyəti yoxdur.
Məryəm və onun dostları əyinlərinə üzərində məşhur keçmiş futbolçu Vorya Qafurinin portreti olan köynəklər geyinmişdilər.
İran hökumətinin etirazçılara qarşı zorakılığını pisləyən Qafuri noyabrın 24-də polis tərəfindən həbs edilib.
Buna da bax: Britaniya hökumət binalarında Çin kameralarından istifadəni məhdudlaşdırırƏslən kürd Qafuri 2018-ci ilin Dünya Çempionatında İran yığmasının ulduz oyunçusu sayılırdı, amma onu gözlənilmədən Qətərə yollanan millinin tərkibinə daxil etməyiblər.
İranda sentyabrın 16-da gənc qadın Məhsa Əmini hicab qaydasını pozduğuna görə polisə aparılandan və orada vəfat edəndən bəri etiraz aksiyaları davam edir.
İnsan haqları qruplarının məlumatına görə bu etirazlar zamanı 412 nəfər həlak olub.
Buna da bax: Rusiya hərbçilərinə dron təlimi keçən iranlıların öldürüldüyü deyilirİki qol da barışıq gətirməyib
İrandakı etirazların aparıcı qüvvəsi kimi əsasən İran qadınları çıxış edirlər. Onlar hicablarını açır, yandırır və etiraz olaraq saçlarını kəsirlər.
İran qadınlarının zülmə və hüquqsuzluğa qarşı mübarəzilərinin meydanlarından biri də standionlardır.
İran qadınları artıq neçə illərdir ki, idman yarışlarına stadionlarda kişilərlə yanaşı tamaşa etmək hüququ uğrunda mübarizə aparırlar.
Birinci matçda İngiltərə yığmasına 6-2 hesabı ilə məğlub olan İran futboçuları dövlət himnini oxumamışdlar və hətta vurduqları iki qola da heç bir sevincli reaksiya verməmişdilər.
Lakin onlar və əksər azarkeşlər Uelslə matçdakı qolları coşqunluqla alqışlayıblar.
Buna baxmayaraq İranın bu qələbəsi də siyasi baxışları fərqli olan iranlıları barışdıra bilməyib.