İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən silahlı qruplaşmanın bazasına hücum edib. Bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumatda deyilir: "İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələri sentyabrın 24-də İranın Qərbi Azərbaycan vilayəti daxilindəki mövqelərdən artilleriya atəşi açaraq, sərhədin o tərəfində yerləşən “terrorçu qrup”a hücum edib."
İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Tasnim" xəbər agentliyi bildirir ki, hədəf İraqın şimalındakı kürd separatçı qruplarına məxsus bazalardır.
Buna da bax: Prezident: İran ölkənin təhlükəsizliyinə qarşı çıxanlarla qətiyyətlə davranmalıdırMəlumatda həmçinin bildirilir ki, İran İnqilabı Keşikçiləri Korpusunun hücumları separatçı qrupun ölkədəki son iğtişaşlara verdiyi dəstəyə, eləcə də onların İrana silah idxal etmək cəhdinə cavabdır.
Tehran əxlaq polisinin həbs etdiyi 22 yaşlı Məhsa Əmininin ölümündən sonra bir həftədən çoxdur İranda etiraz və iğtişaşlar davam edir. Beləki Əminin doğulduğu Kürdüstan vilayətində başlayan etirazlar sonradan ölkənin onlarla şəhərini əhatə edib.