NATO qarşıdan gələn günlərdə Ukraynaya hava hücumundan müdafiə sistemləri çatdıracaq.
Reuters agentliyi NATO-nun baş katibi Yens Stoltenberqə istinadən yazır ki, alyans bu dəstəyi Ukraynanın öz infrastrukturunu Rusiyanın raket və İran istehsalı dronlarından qoruya bilməsi üçün verəcək.
Buna da bax: Azərbaycan internetdə ‘azad olmayan’ kateqoriyasında qalırUkrayna bildirib ki, Rusiyanın İran istehsalı olduğu deyilən dronlarla hücumları nəticəsində ölkənin elektrik stansiyalarının 30 faizi sıradan çıxıb.
Rusiya qoşunları Ukrayna cəbhələrində intensiv uğursuzluqlardan sonra yenidən hədəfləri uzaqdan vurmaq taktikasına keçib.
Rusiyaya cavab
Berlində keçirilən təhlükəsizlik konfransında Stoltenberq deyib ki, Rusiyanın hücumlarına cavab Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsidir:
"NATO qarşıdan gələn günlərdə İran dronları da daxil spesifik dron hücumlarını dəf edə bilməsi üçün Ukraynaya antidron sistemləri çatdıracaq”.
Bu arada İran rəsmiləri Reuters-ə deyiblər ki, Tehran Rusiyaya onu dronlardan başqa həm də raketlərlə təchiz edəcəyini vəd edib.
Stoltenberq bildirib ki, heç bir ölkə Ukraynaya qarşı müharibəsində Rusiyaya dəstək verməməlidir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ukrayna İranla diplomatik münasibətləri kəsəcək?
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib ki, o prezident Volodmir Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edəcək.
Nazir bildirib ki, İran Rusiyanı Ukraynaya qarşı təcavüzkar müharibəsində dronlar və başqa silahlarla təchiz edir.
Kuleba oktyabrın 18-də jurnalistlərə deyib ki, Rusiya İrandan aldığı dronlarla Ukraynanın həyati infrastrukturuna dağıdıcı zərbələr endirib, mülkilərin ölümünə səbəb olub.
Buna da bax: Rus dilinə görə iş tapa bilməyən azərbaycanlı. Min manatadək cəriməO bildirib ki, Ukrayna bundan əvvəl heç vaxt anti-İran mövqeyi tutmayıb, amma “İran Rusiyanın Ukrayna torpağında törətdiyi cinayətlərə şərik olandan sonra” Kiyev Tehrana münasibətdə “aydın və ədalətli” mövqe tutacaq.
Kuleba deyib ki, Ukrayna İranın hərəkətlərinə və yalanlarına dözümlülük göstərməyəcək.
ABŞ: İran Rusiyaya dron verməklə BMT sanksiyasını pozub
ABŞ bildirib ki, o İranın Rusiyanı partladıcı dronlarla təchiz etməklə BMT sanksiyalarını pozmasını bildirən Qərb müttəfiqlərinin fikri ilə razıdır.
Kiyev oktyabrın 17-də Rusiya tərəfindən, inanıldığına görə İran istehsalı olan kamikadze dronları ilə atəşə tutulub.
Buna da bax: Aİ İrana sanksiyalar elan edibBBC-nin yazdığına görə ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton London və Parisin İranın BMT-nin 2231 nömrəli qətnaməsini pozması ilə bağlı qənaətini bölüşür.
İranla imzalanmış nüvə sazişinə bağlı həmin qətnamə İranın müəyyən hərbi texnologiyaları transfer etməsini qadağan edir.
Buna da bax: Oğullarını gizlətməyə çalışan belaruslu analarŞahed-136 Geran-2 kimi
Ukrayna Rusiyanın zərbələr üçün istifadə etdiyi intiharçı dronların İran istehsalı Şahed-136 PUA-ları olduğunu müəyyən edib.
Rusiya bu dronlardan Geran-2 adı ilə istifadə edir.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib:
"Biz inanırıq ki, İrandan Rusiyaya transfer edilən və Rusiya tərəfindən Ukraynada istifadə olunan PUA-lar 2231 saylı qətnaməyə görə qadağan olunmuş silahlara aiddir”.
Buna da bax: Qərb eksperti Putinin hədələri haqda: ‘Bu tələyə düşməməliyik’
İran Rusiyanı dronlarla təchiz etdiyini danır, amma Patel bildirib ki, ABŞ Rusiyanın İrandan dronlar almasını açıq şəkildə faş edib və bu Rusiyanın İrandan müxtəlif tipli yüzlərlə PUA alması planının bir hissəsi olub.
O əlavə edib ki, Rusiyanın bu PUA-lardan Ukraynada istifadə etməsinə dair çox sayda sübutlar var.
Buna da bax: Rusiya poliqonunda atışmanın dini zəmində baş verdiyi deyilirHərbi cinayətlər
Rusiyanın Kiyev, Dnepr və Sumı regionlarında həyati infrastruktura endirdiyi zərbələr ölkədə yüzlərlə kənd və şəhəri elektriksiz qoyub.
Dördü Kiyev və dördü Sumıda olmaqla bu hücumlar nəticəsində 8 nəfər həlak olub.
ABŞ bildirib ki, Rusiya bu hücumlara görə müharibə cinayətləri kimi məsuliyyət daşıyır.
Cənab Patel bildirib ki, Rusiya və İran arasında artmaqda olan müttəfiqlik bütün dünya üçün təhlükə təşkil edir:
"İranla PUA-lar və ballistik raket proqramı ilə, habelə İrandan Rusiyaya silah transferi ilə hər hansı əlaqəsi ola biləcək sahələrdə biznes edən hər bir kəs ehtiyatlı olmalıdır. ABŞ onlara qarşı sanksiyalar qoymaqda tərəddüd göstərməyəcək”.