Azərbaycan cənubda təlim keçir

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb

Nazir də cənub rayonlarına gedib

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ölkənin cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin hazırlığını yoxlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) noyabrın 3-də məlumat yayıb: "Noyabrın 3-də müdafiə naziri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib".

+++

Azərbaycan cənub sərhədlərinə yaxın ərazilərdə təlim keçir.

Bu barədə noyabrın 2-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün plana əsasən, Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb: "Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan … bölmələri təyin edilmiş aerodrom və rayonlara cəmləşdirilib. Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib".

Bundan əvvəl, oktyabrın 17-də İran Silahlı Qüvvələri də Azərbaycanla sərhəddə, Araz çayı boyu ərazilərdə təlimə başlamışdı. Bir neçə gün davam edən bu təlim Azərbaycanda etirazlarla qarşılanmışdı. Hətta Milli Məclisdə bəzi deputatlar demişdilər ki, bu, Azərbaycana qarşı təhdiddir. Onda İranin Azərbaycandakı səfirliyi bildirmişdi ki, təlimlə bağlı rəsmi Bakı məlumatlandırılıb.

İran Azərbaycanın cənub qonşusudur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq