Fevralın 2-də Suriya paytaxtı Dəməşqdə İsrailin raket zərbələri nəticəsində İran İslam Keşikçiləri Korpusunun (İİKK) müşaviri həlak olub.
Bu barədə İran və Suriyanın dövlət mediaları xəbər verirlər. İsrail mediası isə dəqiqləşdirir ki, həlak olan yüksək rütbəli zabitin adı Səid Əlihəddadidir. Lakin onun konkret rütbə və vəzifəsi açıqlanmır.
Suriyanın SANA xəbər agentliyi hərbiyyəyə istinadla verdiyi məlumatda bildirir ki, Dəməşqin cənubundakı obyektə yönələn raketlərdən bəzisini vurmaq mümkün olub.
Raketlərin İsrailin nəzarətində olan Qolan yüksəkliyindən altıldığı ehtimal edilir.
İsrail hərbçiləri adətləri üzrə bu xəbəri nə təsdiq, nə də təkzib ediblər.
İsrail Suriyada İrana bağlı qruplaşlaşmaların hədəflərinə hava və raket zərbələrini müntəzəm olaraq endirir.
Buna da bax: İranın öz zabitlərini Suriyadan çıxarmağa başladığı xəbər verilirTehran qisasdan çəkinir?
Bundan əvvəl Reuters və başqa Qərb mediaları xəbər verirdilər ki, İran son günlərdə Suriyadakı İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) müşavirlərinin sayını azaldır.
Buna əsas səbəb olaraq Tehranın İordaniya sərhədindəki bazada həlak olmuş ABŞ əsgərlərinə görə qisasdan çəkinməsi göstərilir.
Üç amerikalı hərbçi regiondakı iranyönlü qruplaşmalardan birinin hücumu nəticəsində həlak olmuşdu.
Vaşinqtonda buna cava veriləcəyi bildirilsə də, bunun nə vaxt və necə baş verəcəyi açıqlanmamışdı.
Bundan əvvəl xəbər verilirdi ki, prezident Co Baydenin administrasiyası İrana cavabın müxtəlif variantlarını götür-qoy edir, amma variantların arasında bilavasitə İran ərazisinə zərbə ağlabatan görünmür.
Buna da bax: Keçmiş proqramçı WikiLeaks-ə məlumat ötürdüyünə görə 40 il həbsə məhkum edilibFevralın 3-4-də nə olacaq?
The Wall Street Journal qəzeti fevralın 2-də ABŞ rəsmilərinə istinadla yazıb ki, böyük bir ehtimalla Birləşmiş Ştatların silahlı qüvvələri Suriya və İraqdakı iranyönlü qüvvələrin mövqelərinə zərbələri fevralın 3-4-də endirəcək.
Məqalədə iddia olunur ki, Vaşinqton həm də bundan sonra eskalasiyanın artmasını istəmədiyini nümayiş etdirən addımlar ata bilər.
İran prezidenti İbrahim Rəisi fevralın 2-də deyib ki, Tehran müharibə istəmir, amma “şantaja da boyun əyməyəcək”.
ABŞ və İsrail İranı onların obyektlərinə hücum edən qruplaşmaların arxasında olmaqda ittiham edirlər.