IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi fevralın 13-də “Bakı-2017”nin rəsmi maskotlarını ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Qarabağ atları IV İslam Həmrəyliyi Oyunlarının talismanları olacaq. İncəliyi və cəsurluğu özündə əks etdirən Qarabağ atları “Bakı-2017”nin simaları olacaqlar.
Buna da bax: İslam Olimpiadasına gələnlərin qaldığı otel otaqlarında nələr olacaq?
Xəbərdə qeyd edilir ki, onlara "İncə" və "Cəsur" adları verilib.
IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-nə kimi Bakıda keçiriləcək. Bu yarışlarda 21 idman növü üzrə 50-dən çox ölkənin 6 000 yaxın idmançısının mübarizə aparacağı gözlənilir.
Buna da bax: İslam Oyunlarına gələ bilməyəni gətirməyə Bakı pul verir?