ABŞ hakimiyyəti İran dövlətinə bağlı 36 domenin sanksiyaları pozduğunu deyərək bloklayıb. Bu saytların çoxunun dezinformasiya yaydığı, yaxud ABŞ-ın terrorçu hesab etdiyi qurumlara bağlı olduğu bildirilir.
33 vebsayt İran İslam Radio və Televiziya Birliyi (IRTVU), üçü isə İranın dəstəklədiyi Kataib Hizbulla qruplaşmasına məxsusdur. Bəyanatı ABŞ Ədliyyə Departamenti iyunun 22-də yayıb.
Ötən il Birləşmiş Ştatlar IRTVU-nun İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) Qüds qüvvələrinə məxsus olduğunu, yaxud idarə edildiyini bildirib.
Bu addım İran rejiminin Birləşmiş Ştatlarda seçki prosesinə müdaxiləsinə cavab olaraq atılıb. İranın seçicilər arasında narazılıq yaymaq məqsədilə internetdə dezinformasiya yaydığı qeyd olunur.
Ədliyyə Departamenti sözügedən vebsaytların ABŞ sanksiyalarını pozaraq rəsmi lisenziya almaqdığını vurğulayır.
Ötən oktyabrda ABŞ-da prokurorlar İİKK tərəfindən istifadə olunduğunu iddia etdiyi veb domen şəbəkəsini müsadirə etmişdi.