Kabildə acından ölən 8 uşağın meyiti tapılıb. Bu barədə mətbuata etnik Hazaranın siyasi lideri və Əfqanıstan parlamentinin keçmiş üzvü Məhəmməd Mohaqiq məlumat verib.
Oktyabrın 24-də “Facebook” səhifəsində açıqlama yayan Məhəmməd Mohaqiq bildirib ki, uşaqlar təxminən üç həftə əvvəl Kabilin 13-cü məhəlləsində ölüblər.
O bildirib ki, onları yerli molla və tapdıqları məhəllə sakinləri dəfn ediblər.
Məhəmməd Əli Bamiani adlı yerli molla, uşaqlarının ölümüylə bağlı təfərrüatlar verərək, ən böyük uşağın təxminən səkkiz, ən kiçiyinin isə yaş yarımda körpə olduğunu deyib.
"Onların heç kimləri yox idi. Onların valideynləri ölüb, yaxın qohumları olmayıb” deyə Bamiani bildirib. O, uşaqların cəsədlərinin tapıldığı evə girdiyini söyləyib.
Əfqanıstanın Taliban hərəkatının rəhbərlik etdiyi hökumət hələlik ölənlərlə bağlı açıqlama verməyib.
Birləşmiş Millətlər Təşkilatı bildirir ki, tezliklə humanitar yardım göstərilməyəcəyi təqdirdə kütləvi aclıq da daxil olmaqla Əfqanıstan böyük bir humanitar böhranla üzləşə bilər.
Taliban Əfqanıstanı ələ keçirəndən bəri
Bu ilin avqustunda Taliban bütün Əfqanıstanı ələ keçirəndən sonra ölkəyə beynəlxalq yardımlar verilməsi dayandırılıb.
Qərb hökumətləri devrilmiş Əfqanıstan hökumətinin Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl xarici bank hesablarında saxladığı təxminən 9,4 milyard dollar dövlət vəsaitini dondurub.
Buna da bax: İrana keçmək istəyən əfqan: Əgər siz bizim xalqın aclıq və səfalətdən necə əziyyət çəkdiyini görsəydiniz...Taliban xəbərdarlıq edib ki, Əfqanıstandakı ağır iqtisadi vəziyyət və vəsaitlər blokdan çıxarılmasa, bu qaçqınların ölkəni tərk etməsinə səbəb olacaq.
İş əvəzinə buğda
Oktyabrın 24-də Talibanın rəhbərlik etdiyi hökumət minlərlə insana iş əvəzinə buğda təklif edərək aclıqla mübarizə aparmağa kömək edəcəyini söyləyən bir proqram başlayıb.
Taliban sözçüsü Zabiullah Mücahid bildirib ki, bu sxem Əfqanıstanın böyük şəhərlərində və digər bölgələrində də həyata keçiriləcək və təkcə Kabildə 40 min nəfəri işə götürmək nəzərdə tutulub.
Planı "işsizliklə mübarizə üçün mühüm addım" adlandıran Mücahid, buğda alanların quraqlıqla mübarizə aparmaq üçün təpələrdə su kanalları və qar tutma terrasları qazaraq "çox işləməli" olacağını söyləyib.
Onun sözlərinə görə, proqram iki ay davam edəcək və 11 600 ton buğdanın Kabildə, 55 000 tonu isə Əfqanıstanın başqa yerlərində - Herat, Cəlalabad, Qəndəhar, Məzari Şərif və Pol-e Xomri şəhərlərində paylanacağını vurğulayıb.
Buna da bax: Əfqan pilotlar talibandan necə qurtulub və indi haradadılarDigər xəbərlərə görə, Talibanın rəhbərlik etdiyi hökumətin xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi oktyabrın 23-də Birləşmiş Millətlər Təşkilatının Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəhbəri Deborah Lyons ilə Əfqanıstandakı iqtisadi böhranı müzakirə etmək üçün görüşüb.
BMT nümayəndəsi əmin edib ki...
Oktyabrın 24-də yaydığı bəyanatda Taliban sözçüsü Əbdül Qahar Balkhi deyib ki, Lyons Müttəqini əmin edib ki, Əfqanıstana humanitar yardım göstərmək üçün BMT əməkdaşları artırılacaq.
Balkhi həmçinin bildirib ki, Lyons ABŞ-a səfər edəcəyini və Əfqanıstanın bloklanmış dövlət maliyyə ehtiyatları məsələsini qaldıracağını vəd edib. Balkhi, "Taliban" ın ölkədəki bütün ehtiyacı olanlara humanitar yardım çatdırmağa tamamilə hazır olduğunu da iddia edib.
Lakin beynəlxalq ictimaiyyətdə və əfqanlar arasında Talibanın humanitar yardımı ədalətli şəkildə ayıracağına dair güclü şübhələr var - xüsusən də etnik həzara, etnik tacik və etnik türk azlıqlara və ya Talibana qarşı döyüşən digər qruplara. Hələki heç bir ölkə Talibanı Əfqanıstanın qanuni hökuməti olaraq tanınmayıb.