Çeçenistan əsilli bir nəfər Avstriyada ömürlük həbsə məhkum edilib.
Məhkəmə, həmin şəxsi YouTube-da Çeçenistan lideri Ramzan Kadırovu tənqid edən Martin Beck kimi tanınan çeçen bloqer Mamixan Umarovun qətlində günahkar bilib.
İş materiallarından məlum olur ki, adı açıqlanmayan 48 yaşlı qatil 43 yaşlı Umarovla 4 iyul 2020-ci il tarixində Glock 17 tapançasını avtomobilə dəyişdirmək bəhanəsi ilə görüşüb.
Prokurorların sözlərinə görə, qurban yaxın məsafədən başından 6 dəfə güllə yarası alıb. Hadisə Vyana yaxınlığındakı sənaye bölgəsində baş verib.
Təqsirləndirilən şəxs ittihamları qəbul etməsə də onun paltarında öldürdüyü şəxsin qan izləri və üstündə istifadə etdiyi silahın hissələri tapılıb.
Sonda məhkəmə heyəti yekdilliklə həmin şəxsin günahkar olduğuna dair bir hökm verib.
Vəkillər hökmdən apellyasiya şikayəti vermək niyyətindədirlər. Məhkəmə zamanı Umarovun guya şəxsi mühafizəçisi tərəfindən vurulduğu versiyasını irəli sürülüb.
Mətbuatda yayılan məlumatlara görə, Mamixan Umarov konstitusiyanın qorunması və terrorizmlə mübarizə üzrə Avstriya Torpaq Bürosunun informatoru işləyib.
Kütləvi informasiya vasitələri bunun siyasi motivli qətl olduğuna əmin olduqlarını dəfələrlə bildiriblər. Vyana polisi də eyni nəticəyə gəlib. Bu səbəbdən istintaqa terrorla mübarizə agentliyi rəhbərlik edib.
"İnsider" nəşrinin yazdığına görə, cinayəti Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov sifariş edib.
Bu, Vyanada çeçen siyasi mühacirlərin ilk qətlə yetrilməsi hadisəsi deyil. 2009 -cu il yanvarın 13-də Ramzan Kadırovun keçmiş cangüdəni Umar İsrailov Avstriyanın paytaxtı Vyananın mərkəzində öldürülüb.
Memorial insan haqları mərkəzindən verilən məlumata görə, İsrailov Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edərək, Çeçenistan Prezidentini 2003 -cü ildə onu qanunsuz olaraq həbs və işgəncə verməkdə günahlandırmışdı.
2020 -ci ilin fevralında Ramzan Kadırovun digər tənqidçisi, video bloqer İmran Əliyevin meyidi Fransanın Lill şəhərində oteldə aşkarlanıb. Onun bıçaqlanaraq öldürüldüyü məlum olub.
Elə həmin ay başqa bir çeçen dissidenti Tumso Abdurahmanov İsveçdə hücuma məruz qalıb. Bloqer, qatili zərərsizləşdirib və bir video çəkməyi bacarıb. Videoda həmin şəxs özünü Ruslan kimi təqdim edib və "Qroznıdan olan Abduraxman" tərəfindən göndərildiyini deyib.
O, bloqeri öldürmək fikiri olmadığını, sadəcə qorxutmaq istədiyini deyib. Bu zaman, həm də anasının sifarişçilər tərəfindən girov saxlandığını bildirib.
Из материалов дела следует, что 48-летний убийца, имя которого не раскрывается, встретился с 43-летним Умаровым 4 июля 2020 года под предлогом обмена пистолета "Глок 17" на автомобиль. По данным прокуратуры, в жертву стреляли шесть раз, в том числе в голову с близкого расстояния. Инцидент произошёл в промышленной зоне недалеко от Вены.