Çeçenistan lideri Ramzan Kadırov Şali məscidində dua edən uşaqların videosunu yayıb. O, Ukraynada döyüşən çeçen döyüşçüləri “Ulu tanrının qoruması üçün” dua etdiklərini deyib. Bu haqda AzadlıqRadiosu-nun “Kavkaz.Realii” portalı məlumat yayıb.
Buna da bax: Ukrayna Moskvanı dinc sakinləri Rusiyaya deportasiya etməkdə suçlayırÇeçen döyüşçülər üçün “Quran” oxuyublar
Bundan öncə Qroznı və ətrafından valideynlər şikayətlənirdilər ki, onları övladlarını bu cür ibadət mərasimlərinə göndərməyə məcbur edirlər.
Kadırov Telegram-da yaydığı videoda ibadətə respublikadakı hafiz (Quranı əzbər bilənlərə hafiz deyirlər) məktəblərindən 2 mindən çox şagird və məzunun yığışdığını deyib. Onun sözlərinə görə, daha 800 şagird, Çeçenistandan Ukraynaya göndərilən hərbçilər üçün “həftə ərzində Müqəddəs Quranı fasiləsiz oxuyub”.
Buna da bax: 'Ölüm mənbəyi'. Ukrayna hansı hava bazalarından vurulurRusiyaya dəstək aksiyaları
Martın 23-də 1ADAT çeçen müxalifət hərəkatı Qroznı məscidindən foto yayıb. Fotoda Rusiya bayrağının ağ, göy və qırmızı rənglərində kostyumlar geyinmiş uşaqlar düzülüb. Sonradan valideynlər “Kavkaz.Realii”yə bağça yaşlı uşaqlarının fleşmoba məcburi cəlbindən şikayətləniblər. Əks halda onları işdən çıxarılma gözləyib.
Martın 25-də Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun bir ayı tamam olur. Müharibədə Şimali Qafqazdan və Rusiyanın cənubundan azı 206 hərbçi həlak olub. Onlar adları “Kavkaz.Realii”yə bəlli hərbçilərdir, real rəqəm daha yüksək ola bilər.
Buna da bax: 'Avropada rublun nəyə oxşadığını bilən yoxdur'Martın 23-də Maqas hakimiyyəti “Yunarmiya” dövlət hərəkatından yeniyetmələri yüz metrlik Razılıq Qülləsinə Z hərfli bayraq qaldırmağa cəlb olunublar. Aksiya şəhərin meri Usman Auşevin göstərişilə keçirilib. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da iştirak edib. Rusiyanın təcavüzünə dəstək bayrağını qülləyə məhz onlar taxıblar.