Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Çeçenistan liderinin təhlükəsizlik xidmətinin rəhbəri təyin olunub.
Bu barədə Çeçenistanın Daxili İşlər Nazirliyinin Teleqram kanalında məlumat yayılıb.
Adam Kadırov bundan əvvəl də Çeçenistanın ən yüksək titulu hesab edilən "Çeçenistan Respublikasının qəhrəmanı" medalına layiq görülmüşdü.
Sentyabrın sonlarında Adam Kadırov Qroznıdakı təcidxanaların birində Quranı yandırdığı iddia olunan 19 yaşlı gənci döydüyü görüntülər yayılmışdı. Həmin görüntülər onun atası tərəfindən öz Teleqram kanalında dərc olunmuşdu.
Rusiyadakı çox saydakı siyasi ekspertlər Ramzan Kadırovun oğlu Adam Kadırovu özünün davamçısı olaraq gördüyünü və vəzifəyə hazırladığını düşünür.