Kanada Əfqanıstanda Talibanı hökumət kimi tanımağa hazırlaşmır.
Reütersin məlumatına görə, bu barədə jurnalistlərə Kanadanın baş naziri Justin Trudeau məlumat verib.
O bildirib ki, Taliban hakimiyyətə, demokratik yolla seçilmiş hökuməti güc yolu ilə devirməklə gəliblər.
Qeyd edək ki, Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib, Taliban isə paytaxt Kabili tutub. Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.
Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.
Amma Kabil hava limanı, xarici diplomatik missiyaların əməkdaşları və digər xarici vətəndaşların evakuasiya edilməsi üçün hələlik ,ABŞ və digər beynəlxalq koalisiya qüvvələrinin nəzarətindədir.