Kann kinofestivalının baş mükafatı – “Qızıl palma budağı”- isveçli rejissor Ruben Ostlundun “Kədər üçbucağı” filminə verilib.
75-ci Kann Film Festivalının qalibləri şənbə günü axşam elan edilib. Qran Prini iki film - Lukas Dontun "Yaxın" və Kler Denisin "Günorta ulduzları" filmləri bölüşüb.
Ən yaxşı rejissor mükafatı Cənubi Koreyadan olan Park Çan Vuk-a verilib. Əsas müsabiqədə Kirill Serebrennikovun “Çaykovskinin yoldaşı” filmi təqdim olunub.
Festivalının açılış mərasimində Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciəti nümayiş olunub. O, müharibə və diktaturanın təsviri ilə Ukraynanın üzləşdiyi reallıqlar arasında paralellər aparıb.
“Mən əminəm ki, diktator uduzacaq. Biz bu müharibədə qalib gələcəyik..." -Zelenski bildirib.
Kann festivalı açıq şəkildə Ukraynadakı müharibəni və Rusiyanın bu ölkəyə təcavüzünü pisləyib.
Bu il Rusiyanın rəsmi nümayəndə heyətinin filmin nümayişinə qadağa qoyulub. Filmin proqramında rusiyalı rejissor Serebrennikovun yer alması da müzakirələrə səbəb olub.
Serebrennikov özü Ukraynadakı müharibənin əleyhinə çıxış edib.
Festivalda ukraynalı rejissor Sergey Loznitsanın çıxışı diqqət çəkib, o, müharibə fonunda rus mədəniyyətinin baykot olunmasına qarşı çıxıb.
Ukraynada xilasedicilərə mina axtarmaqda yardım edən cek rassel teryeri cinsindən olan Patron adlı it də festivalın mükafatına layiq görülüb. Mükafat müsabiqənin iştirakçısı olan filmdə rol almış itə veriləcək.