Bazar günü, dekabrın 4-də Rusiya sülməramlılarının müşayəti ilə Suqovşandan Kəlbəcər istiqamətinə yük aparan azərbaycanlılarla bölgədəki erməni gənclər arasında dava düşdüyü bildirlir.
Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.
Məlumatda qeyd olunur ki, yük maşınlarından ibarət karvan texniki səbəbdən Kəlbəcər rayonunun Qozlukörpü (Hetavan) kəndində dayanıb.
Buna da bax: Sülhməramlıların komandanı: 'Biz 'Ağdərə' yazırıq'İddia olunur ki, bu zaman karvandakı minik avtomobilində olan 4 mülki geyimli avtomobildən düşərək oradakı erməni gənclərə qarşı kobud və təxribat xarakterli davranışlar göstərməyə başlayıblar.
Radionun məlumatında o da qeyd olunur ki, hadisə iştirakçıları arasında yüngül xəsarət alanlar olub. Bundan başqa, xəbərdə o da vurğulanır ki, dava zamanı mülki azərbaycanlılara məxsus avtomobil də zədələnib.
Hələ ki, bu məlumata Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət almaq mümkün olmayıb.
Bir gün əvvəl
Dekabrın 3-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat nazirliyinin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocalıda olublar.
Nazirliyin yaydığı məlumata görə, məqsəd Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərindəki faydalı qazıntıların qanunsuz istismarının aparıldığı yataqlarda monitorinq aparmaq olub.
Nazirlik nümayəndələri bölgədə olduğu zaman Xankəndi-Görus ("Laçın dəhlizi") yolunun bir müddət bağlandığı bildirilir.
Buna da bax: Laçın dəhlizinin bağlanıb, açıldığı bildirilir-Ekologiya nazirliyinin əməkdaşları Xocalıda olubXatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.