Ukraynanın müstəqil Pravoslav Kiləsinin liderləri Rusiya prezidenti Vladimir Putini “müasir zəmanəmizin İsa düşməni (antixrist)” adlandırıblar və deyiblər ki, o Ukraynaya hücumu ilə Allahın iradəsi və qanunları əleyhinə çıxıb.
BBC-yə müsahibəsində kilsənin sözçüsü və yepiskopu Yevstratiy Zoriya deyib ki, Putinin etdikləri tamamilə İncilə ziddir.
Bundan əvvəl Ukrayna mitropoliti I Yepifaniusun verdiyi bəyanatda deyilirdi ki, “Rusiya lideri İsa düşməninin ruhuna əsirdir”.
Ruhani lider iddia etmişdi ki, Putində “İsa düşmənliyinin bütün aləmətləri – qürrə, iblisə pərəstiş, qəddarlıq və saxta möminlik” var.
Yepifaniys deyib ki, II Dünya Müharibəsi zamanı Hitler belə idi, bugün Putin belədir.
Buna da bax: Rus Pravoslav Kilsəsində Ukraynaya görə ixtilaf varMüqavimətə xeyir-dua
Ukrayna müstəqil Pravoslav Kilsəsinin arxiyepiskopu habelə Rusiyanın hücumuna müqavimətə xeyir-dua vermişdi:
"Sevgi və həqiqətin ruhu bizim tərəfimizdədir. Biz Allahın köməyi ilə qalib gələcəyik. Təcavüzə müqavimətin hər bir saatı bizi buna yaxınlaşdırır”.
2018-ci ildən başlayaraq Ukrayna Pravoslav Kilsəsi ikiyə bölünüb. Onun bir hissəsi Ukraynanın müstəqil kilsəsi kimi Konstantinopol (İstanbul) patriarxlığından avtokefaliya toması alıb.
Digər Ukrayna Pravoslav Kilsəsi isə Moskva partriarxlığının tabeliyində qalır.
Lakin kilsənin Moskvanın tabeçiyilyində qalan hissəsində də keşişlər Ukraynaya hücumu və Putini pisləyiblər.
Bu məqsədlə yazılan müracuiəti artıq 100-dək ruhanin imzalayıb.