Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan fevralın 6-da "Fox News" verdiyi müsahibəsində Rusiya Ukraynanı günlər və ya həftələr ərzində işğal edə bilər, deyib.
“Biz pəncərənin qarşısındayıq. İstənilən gün Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlaya bilər, ya da bu, bir neçə həftə ərzində baş verə bilər, ya da bunun əvəzinə Rusiya diplomatik yolu seçə bilər”, - deyə Sullivan "Fox News" telekanalında bildirib.
O, NBC telekanalına ayrıca müsahibəsində isə bildirib ki, Rusiyanın istənilən mümkün hərəkəti Ukraynanın Donbas bölgəsinin ilhaqı, kiberhücumlar və ya Ukraynaya genişmiqyaslı müdaxiləni əhatə edə bilər.
Sullivan həmçinin deyib ki, ABŞ-ın Ukraynada müharibəyə başlamaq və ya Rusiya ilə müharibə aparmaq üçün qoşun göndərmir.
Sallivan, ABŞ qoşunlarının böyük bir kontingentinin NATO müttəfiqlərinin gücləndirilməsi çərçivəsində fevralın 6-da Polşaya enişindən sonra danışıb.
Diviziyanın komandiri olan general hava limanında jurnalistlərə deyib ki, yerləşdirmə “ehtiyatlı tədbir” və “müdafiə xarakteri daşıyır”.
Ötən həftə ABŞ Rusiyanı daha çox qoşunu geri çəkməyə sövq etmək səylərinin bir hissəsi olaraq Almaniya və Şərqi Avropaya 3000 əlavə əsgər göndərdiyini elan edib
KİV: Rusiya 'işğalçı ordunun' təxminən 70 faizini sərhədə çəkib
Rusiya Ukraynaya genişmiqyaslı müdaxilə üçün lazım olan qüvvə və vasitələrin təxminən 70 faizini Ukrayna sərhədlərinə çəkib. Bu barədə ABŞ rəsmilərinə istinadla "Reuters" və "Washington Post" məlumat dərc edib.
Hələ 14 qrupun da yolda olduğu bildirilir
Amerika kəşfiyyat mənbələrinin məlumatına görə, Ukrayna ilə sərhədə cəmləşdirilən batalyon taktiki qruplarının (BTQ) sayı 83-ə çatıb. Məlumatda vurğulanır ki, cəmi bir həftə əvvəl bu say 60-a yaxın olub. Daha 14 qrupun isə yolda olduğu bildirilir. Nəşrlərdə BTQ-lərin ümumi sayına “Müttəfiqlərin qətiyyəti” təlimində iştirak etmək üçün Belarusa yollanan Rusiya hərbçilərinin daxil olub-olmadığı aydın deyil.
Məlumatlara görə, bir batalyon taktiki qrupunda 750 hərbçi olur. "Washington Post"-un yazdığına görə, ilhaq edilmiş Krımdakı hərbçilərlə bir yerdə Ukrayna sərhəddində yerləşdirilən Rusiya hərbçilərinin sayının 100-130 min nəfər olduğu bildirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Reuters"-in istinad etdiyi ekspertlərin fikrincə, fevralın 15-ə doğru ağır hərbi texnikanın yoldan kənarda hərəkət edə bilməsi üçün yer kifayət qədər donmuş olacaq - bu, işğalı asanlaşdıran şərtlərdən biri adlanır. Hava şəraiti baxımından təhlükə martın sonuna kimi davam edəcək.
Təxmin edilən müharibənin təxmini itkiləri
Nəşrlər, həm də ABŞ rəsmilərinə istinad edərək - genişmiqyaslı işğal halında mümkün itkilər barədə təxminləri yazıblar. Bu hesablamalara görə, Ukrayna hərbçiləri arasında itkilər 5-25 min arası, Rusiya hərbçiləri arasında 3-10 min, mülki şəxslər arasında 25-50 min itki ola bilər. Bundan əlavə, işğalın Avropa İttifaqı ölkələrində 5 milyona qədər qaçqının didərgin düşməsinə səbəb ola biləcəyi iddia edilir.
İşğala qoyulan müddət: iki gün və ya 72 saat
Bunda başqa yazılarda mümkün hərbi kampaniyanın gedişatının qiymətləndirilməsindən də bəhs edilir. İddia olunur ki, rus hərbçilərinin Kiyevə daxil olması üçün cəmi 2 gün lazım ola bilər, lakin bu şəhərin ələ keçirilməsi çoxsaylı itkilərlə müşayiət olunacaq.
"Fox News" Birləşmiş Komandanlar Komitəsinin sədri Mark Millinin konqresmenlər qarşısında bu yaxınlarda etdiyi şəxsi çıxışı ilə tanış olan konqresdəki mənbələrə istinadən - iddia edir ki, Kiyev 72 saat ərzində tutula bilər.
Buna da bax: Rusiya Ukraynaya təcavüz üçün ‘bəhanə hazırlayır’Moskvanın təkzibi
Rusiya Ukraynanı işğal etmək planının olmadığını bildirir və belə bir təhlükə barədə yazıb-yaradan Qərb siyasətçilərini və medianı tənqid edir. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə son yazılanları “dəlilik və təşviş” adlandırıb.