Son gündə Azərbaycanda COVID-dən ölən olmayıb

COVID-19

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 27 nəfərin sağaldığı bildirilir.

Bu məlumatı aprelin 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qərargahdan vurğulanıb ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Qurumdan həmçinin açıqlandığına görə, indiyə kimi ölkədə ümumilikdə 792 min 335 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 782 min 467-si sağalıb, 9 min 705-i vəfat edib, aktiv xəstə sayı da 163-ə düşüb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.