521 yeni yoluxma aşkarlanıb, 6 ölüm

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyunun 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Məlumatda həmçinin yazılıb ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 15890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”

Qərargahdan vurğulandığına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5646, ötən müddət ərzində isə ümumilikdə 461861 test aparılıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-də aşkarlandığı bildirilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 939 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 497 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.