Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-də 1 milyard 592,9 milyon manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir.
Report xəbər verir ki, avqust ayı ilə müqayisədə problemli kreditlərin həcmi 88,5 milyon manat artıb.
2016-cı ilin əvvəli ilə müqayisədə isə vaxtı keçmiş kreditlərin azı 5,6 faiz, illik müqayisədə isə 19,4 faiz artdığı qeyd edilir.
Xəbərdə bildirilir ki, vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 9,5 faiz təşkil edib.
Beynəlxalq maliyyə təşkilatları Azərbaycanda problemli kreditlərin bundan sonra da artacağını proqnozlaşdırırlar. Onlar hətta, hesab edirlər ki, problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi ilin sonuna kimi 20 faizə çata bilər.