Qara dəniz sahilindəki Krım kurort zonası yay mövsümü öncəsi qaynayır, amma turistlərlə deyil.
AzadlıqRadiosu-nun “Crimea.Realities” portalı Krımın isti, qumlu çimərlikləri üzərində Rusiya hərbi qırıcıları və vertolyotlarının uçduğunu yazır. Onlar Moskvanın Ukraynadakı müharibəsində iştirak edirlər, yerli sakinlərin çörəyi çıxan turizm sektoru isə məngənəyə salınıb.
Rusiyanın “Delfin” turoperatorunun başçısı Sergey Romaşkin deyir ki, Kremlin nəzarətində olan Krımda bu yay otel bronları ötən illə müqayisədə 40 faizədək azalıb.
50 faiz azalma
Səyahət industriyasının digər təmsilçiləri bu il tələbin 50 faiz azaldığını deyiblər.
2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 24-də isə Rusiya Ukraynanı işğal etməyə başlayıb.
Krımın şərqindəki Feodosiyada mayda çox az turist gözə dəyib. Adətən rusiyalı qonaqlara xidmət göstərən iaşə obyektləri isə boş qalıb. Bunu AzadlıqRadiosu ilə əməkdaşlıq edən yerli bloger deyir.
Rusiya işğala başlayandan Krım səmasını mülki aviasiya üçün qapadıb.
Ukraynada sərt müqavimət görən Rusiya qüvvələri minlərlə canlı qüvvə, yüzlərlə avadanlıq itirib. Müharibə artıq dördüncü aya girib, Donbasda səngər müharibəsilə üzləşən Rusiya Krım üzərində mülki aviasiyaya qadağanı uzatmağa məcbur qalıb.
Buna da bax: Araşdırma: Rusiyanın bütün döyüş qabiliyyətli ordusu UkraynadadırKörpü, dəmiryolu
Krımım əsas Simferopol aeroportu ilə 7 milyon nəfəri qəbul edə bilir. Rusiyalı turistlər indi yarımadaya Qatar, avtobus, yaxud Krım körpüsü üzərindən avtomobillə getməlidirlər.
“Kommersant”ın yazdığına görə, Rusiyanın dəmiryolu sistemilə Krıma ilə 2.5 milyon nəfər gedə bilər.
Həm də dəmiryolu Uralda, uzaq şərqdə yaşayan rusiyalılar üçün cəlbedici variant deyil, çünki bu halda yola bir neçə gün gedir.
Dəmiryolu, yaxud magistral yolla səyahət edə bilənləri müharibə də çəkindirir. “Adamlar qorxurlar ki, avtomobillə körpüdən keçəndə körpü dağıla bilər”, – 2014-cü ildən Krımda yaşayan rusiyalı bloger Alyona Bardovskaya deyir.
19 km uzunluqda körpü yarımadanın ilhaqdan sonra tikilib.
Buna da bax: Dağıstanda son zəng: ‘Müharibəyə yox! Ukraynaya azadlıq! Putin - şeytandır!’İqtisadi vəziyyət
Bardovskaya turistləri Krıma səyahətdən çəkindirən digər səbəbləri pulsuzluqda, iş bazarında aydınlığın olmamasında görür.
Ekspertlər bu il Rusiya iqtisadiyyatının 15 faiz azalacağını, işsizliyin artacağını proqnozlaşdırırlar. ABŞ və müttəfiqləri Ukraynaya hücuma görə Moskva üzərinə ağır maliyyə və texnologiya sanksiyaları qoyub.
Turizmdə kəskin düşüş isə yerli sakinlər üçün məhvedici səslənir. Sakinlər illik gəlirlərinin böyük hissəsini yayda qazanırlar, bələdçi, ofisiant, satıcı, mehmanxana xidmətçisi kimi çalışırlar.
“Xeyli krımlı üçün uğurlu tətil mövsümü gələn qışı pis-yaxşı yola vermək deməkdir. İndi isə bu mənada böyük narahatlıq var”, – AzadlıqRadiosu ilə əməkdaşlıq edən krımlı bloger yazır.