MN:Laçın rayonu istiqamətində itkin düşmüş hərbçilərin axtarışı davam edir

Kəlbəcərdə, itkin düçən hərbçilərin axtarışı, Müdafiə Nazirliyi, 31 01 2022

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları itkin düşüblər. Bu barədə martın 5-də Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda iki hərbçinin çovğun səbəbindən azdığını bildirir:

"Əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.
Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb."
məlumatda bildirilir.

Nazirlik axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcəyini bildirir.

Bundan əvvəl, Azərbaycanın Müdafiə Nazirliyi yanvarın 29-da Kəlbəcər rayonunda 4 hərbçinin çovğuna düşərək azdığı barədə məlumat yaymışdı. Bir müddət sonra nazirlik həmin hərbçilərdən 3-nün salamat tapıldığını, bir hərbçininsə donaraq həlak olduğunu bildirmişdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi