Belarusun lideri Alyaksandr Lukaşenka “cinayət məsuliyyəti məsələləri üzrə məcəllələrin dəyişdirilməsi haqqında” qanunu imzalayıb.
Bu qanuna görə dövlətə xəyanətə yol vermiş vəzifəli şəxs və ya hərbi qulluqçu barəsində ölüm cəzası hökmü çıxarıla bilər.
Habelə bu qanun dövlətə xəyanətdə və dövlət hakimiyyətinin ələ keçirilməsi məqsədilə qəsd və başqa hərəkətlərdə, habelə agentura fəaliyyətində şübhəli sayılan şəxslərin ilkin saxlanma müddətini 3 gündən 10 günədək uzadır.
Belə şəxslərə qarşı rəsmi ittiham irəli sürülməsi üçün müddət də 20 günədək uzadılır.
Qanun həmçinin terrorçuluğun təbliğatı və silahlı qüvvələrin gözdən salınması əməlləri üçün cinayət məsuliyyəti nəzərdə tutur.
Buna da bax: Azərbaycan 'qeyri-azad' ölkələr içində 'ən pislər'dən sayılıb“Antidövlət xarakterli əməllər...”
Bu qanun habelə diversiyaların həyata keçirilməsinə hazırlaşan, amma sonradan niyyətindən geri çəkilən və belə cinayətlərin qarşısının alınmasına kömək edən şəxsləri məsuliyyətdən azad edir.
Bundan başqa qanunda habelə “antidövlət xarakterli bir sıra əməllər” üçün əlavə olaraq 50 min baza vahidi və ya 732.4 min dollar cərimə nəzərdə tutulur.
Lukaşenkanın mətbuat xidməti “antidövlət xarakterli bir sıra əməllər” ifadəsinin mənasını izah etməyib.
Bundan əvvəl Belarus Milli Məclisinin nümayəndələr palatasının mətbuat xidməti bildirmişdi ki, “cinayət məsuliyyəti məsələləri üzrə məcəllələrin dəyişdirilməsi haqqında” qanun “destruktiv elementlərə cilovlayıcı təsir göstərməli”, “dövlətə xəyanətə qarşı mübarizənin qətiyyətliyini nümayiş etdirməlidir”.
Buna da bax: Bəxtiyar Hacıyev şəxsi həyatı ilə bağlı yayılan məlumatlardan danışıbVə Svyatlana Tsixanovskaya...
Hazırda Belarusda “dövlətə xəyanət” maddəsi ilə aşağıdakılar məhkum ediliblər:
Jurnalist Denis İvaşin (13 il)
Media meneceri Andrey Aleksandrov (14 il)
BelSat-ın müxbiri Katerina Andreyeva (8 il 3 ay)
Belarus Silahlı Qüvvələri baş qərargahının kapitanı Denis Urad (18 il)
Bobruysk vilayətinin “rels partizanları” Dmuitri Klimov və Vladimir Avramtsev (22 il)
Svetloqorsk partizanları Dmitri Raviç (22 il), Denis Dikun (23 il), Oleq Molçanov (21 il)
“Raboçaqo ruxu” işi üzrə fiqurantlar (11 ildən 15 ilədək)
Gomel rayonunun sakini Yevgeni Qluşakov
Sahibkar və fəal Nikolay Avtuxoviç (25 il)
Buna da bax: Nobel mükafatçısı 10 il həbsə məhkum edildiAşağıdakılar “dövlətə xəyanətdə” ittiham olunurlar:
Symbal.bу internet jurnalının təsisçisi Pavel Belous
Demokratik qüvvələrin lideri Svyatlana Tsixanovskaya
BYPOL-un həmtəsisçisi Stanislav Luponosov
2022-ci ilin mayında Alyaksandr Lukaşenka Belarusun Cinayət Məcəlləsinə düzəlişlər barədə qanun imzalayıb.
İndi CM-də “terror aktlarına cəhd” üçün də ölüm cəzası nəzərdə tutulur.
Bundan əvvəl hər hansı cinayətə hazırlığa və cəhdə görə ölüm cəzası kəsilə bilməzdi.
Bu qanunun hərbi təyinatlı qatarların hərəkətini əngəlləyən “rels partizanlarına” görə qəbul olunduğu deyilirdi.
Belarusun Helsinki Komitəsi, Vyasna insan haqları mərkəzi və “Edam cəzasına qarşı mübarizə” qrupu sözü gedən qanuna qarşı petisiya ilə müraciət ediblər.