Belarus prezidenti Aleksandr Lukashenko MDB ölkələrini Keçmiş-Sovet məkanındakı ciddi problemlərin həllinə başlamağa çağırıb.
“BELTA” agentliyinin məlumatına görə, o belə bir bəyanatla MDB dövlət başçılarının Qazaxıstanda keçirilən sammitində çıxış edib:” MDB-də keçmiş Sovet məkanındakı problemlərin müzakirəsinə başlamaq və bu gün onların həllinin aslılı olduğu tərəflərə stimul vermək lazımdır. Əgər bu olmasa bizim əməkdaşlığımız yavaş-yavaş zəifləyəcək”-deyə o vurğulayıb.
Lukaşenko qeyd edib ki, MDB o vaxt səlahiyyət sahibi olacaq ki, əsas problemləri həll eədə bilsin.Lukashenka buna misal kimi Dağlıq Qarabağ, Dnestryanı region və Ukraynadakı münaqişələri göstərib:” Biz hətta bu məsələlərdən utancaqlıqlaötüşürük. Gözləyirik ki, amerikalılar, Avropa Birliyi və ya hansısa bir güclü dayı gəlib bu problemi bizim əvəzimizə həll edəcək və elə bil buna öyrəşmişik”-deyə Lukashenka vurğulayıb.