Mali hakimiyyəti, terrorçularla mübarizədə kömək etmək üçün Rusiyanın özəl hərbi şirkəti-"Vaqner"-ə müraciət edib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu -Yorkda BMT Baş Assambleyası zamanı bildirib.
Buna da bax: Peskov suriyalının qətlini ‘dəhşət’ adlandırıb, amma...Mali Baş naziri Shogel Kokalla Maiga, BMT toplantısında danışarkən, Fransanın Afrika ölkəsindəki hərbi iştirakını azaltmaq və Barkhan əməliyyatını tamamlamaq qərarından sonra ortaya çıxan boşluq səbəbiylə Rusiyanın özəl hərbi şirkəti ilə əməkdaşlıq edəcəyini qeyd edib.
Bir il əvvəl bəzi Kütləvi İnformasiya Vasitələri Mali səlahiyyətlilərinin Mali ordusuna təlim keçmək və yüksək rütbəli məmurları qorumaq üçün "Vaqner" lə müqavilə imzalamağa hazırlaşdıqlarını yazmışdı.
Buna da bax: Rusiya deyir ki, Afrikaya göndərilən yüzlərlə əsgər ‘müşavirdir’Daha sonra rəsmi Mali açıqlama verərək Rusiya tərəfi ilə danışıqlar apardıqlarını, lakin heç bir razılıq əldə edilmədiyini bəyan edib.
Moskva isə Mali səlahiyyətlilərinin "Vaqner"ə müraciəti ilə bağlı heç bir əlaqəsi olmadığını söyləyib.
Bundan sonra Fransa və Almaniya hakimiyyəti ordusunu ölkədən çıxarmaqla təhdid edib. Bu mövqe 13 Avropa ölkəsinin Müdafiə Nazirliyinin rəhbərləri tərəfindən də dəstəklənib. Avropa Birliyi özəl Rusiya hərbi birləşməsi ilə müqavilə bağlanacağı təqdirdə Mali ilə əlaqələri kəsməklə hədələmişdi.
Fransa Malidəki ordusunun sayını beş mindən bir neçə yüzə qədər azaltmağa qərar versə də hələ də qoşunlarını geri çəkməyə başlamayıb. AFP-nin məlumatına görə, Paris Vaqnerlə razılaşmanın Fransanın bu ölkədəki antiterror əməliyyatını poza biləcəyindən qorxur.
Buna da bax: Avropa İttifaqı ‘Putinin aşpazına’ sanksiyalar qoyur"Vagner" hərbi idarələrin balansında və hüquqi şəxslərin reyestrində görünməyən qeyri -rəsmi bir Rusiya hərbi hissəsidir. Araşdırma jurnalistikasına görə, bu hərbi birləşmənin döyüşçüləri Suriya və Liviyada əməliyyatlarda iştirak ediblər.
Bu birləşmə Ukraynanın şərqindəki müharibə və bir çox Afrika ölkələrində də fəaliyyət göstərir. Onların varlığı ən çox Mərkəzi Afrika Respublikasında nəzərə çarpır. "Vaqner" Rusiya prezidentinə yaxın iş adamı Yevgeni Priqojinlə əlaqəlidir. Rəsmi Moskva bu məsələdə iştirakını rədd edir. Bundan başqa belə qurumların mövcudluğunu Rusiya qanunları da qadağan edir.