SpaceX şirkətinin Baş icraçı direktoru İlon Mask (Elon Musk) dekabrın 26-da İranda 100 peykin işə salındığını bildirib. Milyarder üç ay öncə tvitində yazırdı ki, ölkədə etirazlar getdiyi bir dönəmdə orada peyk internet xidmətini işə salacaq.
Mask sentyabrda Birləşmiş Ştatların iranlıların “internet və sərbəst informasiya axını azadlığını irəli aparmağa” yönəlik səylərinin tərkib hissəsi olaraq İranda Starlink-ləri işə salacağını bildirirdi.
Buna da bax: Starlink Ukrayna sakinləri üçün tarifləri qaldırırPeyk əsaslı genişzolaqlı bu xidmət etirazlar vaxtı iranlıların hökumət senzurasından yan keçərək internetə, müəyyən sosial media platformalarına çıxışına kömək edərdi.
Sentyabrda 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanandan sonra vəfat edib. Bu ölüm ölkədə irimiqyalı etirazlara səbəb olub.
Hökumət etirazçılara qanlı divan tutub, azı 400 nəfərin öldürüldüyü, minlərlə insanın saxlandığı, bir neçə nəfərin edam olunduğu xəbər verilir.