SpaceX və Tesla şirkətlərinin təsisçisi İlon Mask şahmat üzrə dünya çempionu, rusiyalı müxalifətçi Harri Kasparovu “səfeh”, “sarsaq” adlandırıb. Buna qrossmeysterin biznesmenin Ukrayna məsələsində mövqeyini tənqid etməsi səbəb olub.
Mask bundan öncə deyib ki, sülhə nail olmaqdan ötrü Ukrayna hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməlidir. Kasparovsa bu açıqlamanı öz sosial şəbəkə hesablarında belə şərh edib:
“Niyə Silikon vadisindəki malikanələrində rahat yaşayanlar Ukraynaya necə hərəkət etməkdən danışırlar? Bu, mənəvi idiotizmdir, geosiyasi qeybətdir”.
Buna da bax: Mask fikrini dəyişib-Ukrayna üçün Starlinkə pul ödəməyə davam edəcəyikMaskın cavabı
İlon Mask isə cavabında Twitter-də yazıb ki, “baxmayaraq ki, Kasparov şahmatı elə mənim iPhone-um kimi yaxşı oynayır, qalan məsələlərdə axmağın biridir”.
“Mənim heç evim yoxdur, o ki qala malikanə olsun, ay sarsaq”, – deyə o, şahmatçıya birbaşa müraciətlə yazıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Amerikalı biznesmen və milyarder, dünyanın ən zəngin adamı olan İlon Mask oktyabrın əvvəlində açıq şəkildə Ukrayna və Rusiya arasında sülhə nail olmağın şərtlərini açıqlayıb. Maskın sözlərinə görə, Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərində BMT-nin nəzarəti altında yeni, “şəffaf” referendumlar keçirilməlidir, Ukrayna isə Krımı referendumsuz Rusiya ərazisi kimi tanımalı, neytral statusunu saxlayacağına zəmanət verməlidir. Əks halda, biznesmenin sözlərinə görə, qlobal nüvə müharibəsi ehtimalı yüksəkdir.
Maskın tviti böyük rezonans doğurub. Ukrayna prezidentinin müşaviri Mixail Poolyak cavabında yazıb ki, Ukrayna Krım daxil olmaqla bütün ərazisini işğaldan azad edəcək, “Rusiya demilitarizasiya ediləcək, nüvə silahından məhrum olunacaq, rusiyalı hərbi cinayətkarlar məhkəməyə veriləcək”.
Buna da bax: Harvard professoru: Müharibənin pis və lap pis ssenariləri varStarlink məsələsi
Bundan sonra Mask SpaceX şirkətinin Ukrayna üçün Starlink peyk əlaqəsi üçün ödənişi dayandıracağını bəyan etdi. Bu əlaqə Ukraynanın Rusiya işğalına qarşı hərbi əməliyyatları uğurla aparmasına kömək edir. Kütləvi tənqidlə üzləşən milyarder sonradan bəyanatını geri götürdü.
Sovet və Rusiya çempionu Kasparov şahmat üzrə 13-cü dünya çempionu, şahmat tarixində böyük qrossmeystrlərdəndir. O, 2005-ci ildə şahmat karyerasına son verdiyini açıqlayıb, özünü siyasi fəaliyyətə həsr edib, Putinin sərt tənqidçisinə çevrilib. Kasparov Rusiyada “Vahid vətəndaş cəbhəsi”, “Həmrəylik” müxalifət hərəkatlarını yaradıb. Bir neçə hücumdan, ona qarşı cinayət işi açılacağı təhdidindən sonra, 2013-cü ilin iyununda Rusiyadan gedib.
Bu il fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.