Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Bundan sonra "İşçi masası"nın bəzi üzvləri narkotik satışında və başqa qanunsuz əməllərdə ittiham olunaraq həbs ediliblər.