Medvedçukun saxlanmış yaxtasını satıb pulunu Ukraynaya verəcəklər

Viktor Medvedçuk (sol), Rusiya prezidenti Vladimir Putin, Moskva, 6 oktyabr 2020

Viktor Medvedçukun dəyəri 200 milyon avro olan "Royal Romance" yaxtası Xorvatiyada hərraca çıxarılacaq. Bununla bağlı yerli məhkəmə qərar verib.

O da məlum olub ki, satışdan əldə olunan pul yardım kimi Ukraynaya veriləcək.

Buna da bax: Ukrayna 'Putinin kirvəsi'ni buraxıb. 270 əsir dəyişdirilib

Medvedçuka məxsus yaxta Xorvatiyada 2022-ci ilin martında həbs edilib. Vladimir Putinin qızının xaç atası kimi tanınan Viktor Medvedçuk Ukraynada Rusiyayönlü “Müxalifət Platforması - Həyat üçün” partiyasına rəhbərlik edib.

Genişmiqyaslı müharibə başlayandan sonra Ukraynanın Təhlükəsizlik Xidməti Medvedçuku həbs edib. Sentyabrda isə o, Rusiyanın əsir götürdüyü hərbçilərlə dəyişdirilib.

Medvedçukun yaxtası ilə bağlı məhkəmə qərarı sanksiyaya məruz qalan şəxsin əmlakının Ukraynanın xeyrinə satıldığı ilk hadisə olacaq.

Eyni zamanda, Avropa İttifaqı (Aİ)və ABŞ rəsmiləri bir neçə aydır ki, Rusiyanın xaricdə dondurulmuş çoxmilyardlıq aktivlərinin qanuni olaraq necə müsadirə olunacağına qərar verə bilmirlər.

Buna da bax: Zelenski ‘Putinin kirvəsinin’ əlləri qandallı fotosunu yayıb

Aİ rəsmiləri deyirlər ki, dövlət toxunulmazlığının beynəlxalq prinsipinə görə Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini sadəcə müsadirə edə bilməzlər. Lakin onlar likvid aktivləri idarə etmək və onun mənfəətinə sərəncam vermək üçün fond yarada bilərlər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen hesab edir ki, qısa zamanda bu vəsaitləti idarə etmək üçün tərəfdaşlarla birgə bir struktur, fond yaradıla bilər. Komissiya rəhbərinə görə, sonra toplanan vəsait Ukrayna üçün istifadə oluna bilər. Onun fikirincə sanksiyalar aradan qaldırılandan sonra isə həmin toplanmış vəsaitlər Rusiyanın Ukraynaya tam kompensasiya ödəməsi üçün istifadə edilməlidir.

Ursula fon der Leyen-in dediyinə görə, Ukraynaya dəymiş ziyan 600 milyard avro qiymətləndirilir. Rusiya və onun oliqarxları isə ölkənin bərpası ilə bağlı xərcləri ödəməlidirlər. Aİ və ABŞ artıq Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatlarını bloklayıb.

Bundan başqa Rusiya oliqarxlarına məxsus 19 milyard avro da dondurulub Amma o da qeyd olunur ki, dondurulan həmin aktivlərlə bağlı hər şey o qədər də sadə deyil.

Buna da bax: London Vahid Ələkbərova, Medvedçuka sanksiyalar qoydu

Belək söhbət təkcə puldan getmir. Bura daşınmaz əmlak, dəbdəbəli malikanələr və mənzillər, həmçinin yaxtalar daxildir. Məsələn, ABŞ-da həbs edilən, rusiyalı oliqarx və senator Süleyman Kərimova məxsus olduğu iddia edilən “Amadea” superyaxtası. "Amadea"-nın saxlanmasının dəyəri ildə təxminən 10 milyon dollardır.

İndi isə bu xərclərin bir hissəsi ABŞ vergi ödəyicilərinin üzərinə düşür. "Bloomberg" noyabrda yazdığına görə, San Dieqoda dayanan "Amadea" gəmisinin saxlanması yanacaq sızmasının olmadığından əmin olmaq üçün mühəndislər heyətinə və gəmini və onun distillə sistemlərini təmizləmək üçün insanlara pul ödəməkdən ibarətdir.

"Bloomberg"-dəki yazıda yaxtanın saxlanmasının illik xərcini onun dəyərinin 10-15%-i səviyyəsində qiymətləndirir.

Buna da bax: Ukrayna böhranına səbəb olan Dariya – Qərb mediası

Hazırda Aİ-də xarici dövlətlərin dondurulmuş pullarını idarə etməyə imkan verən qanunlar yoxdur. Baxmayaraq ki, dünyada presedentlər var. Belə ki, ABŞ Taliban tərəfindən hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanın hesablarını bloklayıb. Bu il prezident Co Baydenin administrasiyası dondurulmuş vəsaitin bir hissəsini Əfqanıstan xalqına kömək etmək üçün istifadə etmək qərarına gəlib.

Bunun üçün fond yaradılıb və İsveçrədə bank hesab açılıb. Bu fond ölkə üçün kritik idxalı ödəyə və Əfqanıstanın beynəlxalq maliyyə institutlarına olan borclar üzrə ödənişləri həyata keçirə biləcək.

Rusiyanın “Kommersant” qəzeti ekspertlərin köməyi ilə belə bir fondun Rusiya pulu ilə mümkün ödənmələri hesablamağa çalışıb. Ən yaxşı halda bu, ildə 30 milyard dollardır.

Buna da bax: Ukrayna səfirliklərinə ‘qanlı zərflər’ gəlir

Hazırda Ukraynaya hərbi əməliyyatlardan dəyən ziyanın 600 milyard avro olduğu bildirilir. Bu o deməkdir ki, itkiləri kompensasiya etmək üçün ən azı iyirmi il vaxt lazımdır. Müharibə isə hələ davam edir və və son zərər hesablanmayıb.

"Currenttime.tv" ölkə rəsmilərinə istinadən yazır ki, Kiyev Ukrayna dəymiş ziyanı Rusiyanın aktivləri hesabına kompensasiya etmək üçün öz planını təklif edib.