Mehriban Əliyeva birinci vitse-prezident oldu

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehriban Əliyeva birinci vitse-prezident oldu

Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan prezidenti Ilham Əliyev bununla bağlı fevralın 21-də sərəncam imzalayıb.

M.Əliyeva Təhlükəsizlik Şurasının iclasında təqdim edilib

Bu gün, fevralın 21-i Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

*Youtube Kanalımıza abunə olun - Az sonra yeni video olacaq

President.az saytının xəbərinə görə, iclasda dövlət başçısı İlham Əliyev Mehriban Əliyevanı təqdim edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Referendum baş tutdu - bundan sonra nə olacaq?

Xatırlatma

Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib.

Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi. Yeni Konstitusiyaya görə, birinci və digər vitse-prezidentləri prezident təyin edir.

Dəyişikliklərə bundan başqa, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması da daxil idi. Habelə, prezident və deputat seçkilərində yaş senzi aradan qaldırılırdı.

Hakimiyyət bütün bu dəyişiklikləri Konstitusiya islahatları kimi təqdim edib. Onların fikrincə, bu, ölkənin daha çevik idarə edilməsinə və təhlükəsizliyinə şərait yaradacaq.

Müxalifət isə bunu hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirmişdi.

Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva prezident İlham Əliyevin həyat yoldaşıdır.

I vitse-prezidentin səlahiyyətləri

Konstitusiyaya görə, vitse-prezident vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir.

Birinci vitse-prezident və ailəsi dövlət hesabına təmin edilir.

Birinci vitse-prezidentin və ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.

Azərbaycan prezidenti vaxtından əvvəl vəzifədən getdikdə, 60 gün müddətində növbədənkənar prezident seçkiləri keçirilir. Bu halda yeni prezident seçilənədək prezident səlahiyyətlərini birinci vitse-prezident icra edir.

Bu müddət ərzində, birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə, dövlət başçısının müəyyən etdiyi ardıcıllıqla vitse-prezident birinci vitse-prezident statusu almış olur. Bununla da o, prezident səlahiyyətlərini icra edir.

Səlahiyyət müddəti ərzində Azərbaycan vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

Azərbaycan vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa, tutula, cinayət məsuliyyətinə alına, axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz.

Azərbaycan vitse-prezidentinin toxunulmazlığına yalnız Baş prokurorunun təqdimatına əsasən prezident xitam verə bilər.