Almaniyanın kansleri Angela Merkel ev karantininə keçirilib. Beləki martın 22-də mətbuatda göründükdən sonra Merkelə məlumat verilb ki, cümə günü günortadan sonra ona profilaktik peyvəndi vermiş bir həkimdə koronavirus aşkarlanıb.
Bundan sonra kansler dərhal ev karantininə alınıb. O növbəti bir neçə gün ərzində mütəmadi olaraq müayinədən keçəcək. "Merkel rəsmi işini karantin daxilində davam etdirəcək" deyə Federal hökumətin sözçüsü Steffen Seibert -in açıqladığı rəsmi məlumatda deyilir.