►İyun ayı ilə müqayisədə iyulda Mərkəzi Bankın valyuta ehtiyatları 121 milyon manat və ya 2,8 faiz azalıb.
Avqusun 1-də Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 283,9 milyon ABŞ dolları olub.
Bu, 2015-ci ilin eyni dövrünə nisbətən 4 milyard 338,6 milyon dollar azdır. Ehtiyat bir ildə yarıdan çox azalıb.
2014-cü ilin sonlarında isə Mərkəzi Bankın ehtiyatları 15 milyard dollara yaxın olub.Həmin dövürlə müqayisədə isə ehtiyatların az qala 4 dəfə azaldığ bəlli olur. Həmin ehtiyatların manatın dəyərdən düşməsinin qarşısını almaqdan ötrü sərf edildiyi bildirilir.
Hazırda valyta hərracına Dövlət Neft Fondu vəsait çıxarır.
Buna da bax: Manat 'üzə-üzə gedir'
Ekspertlər köklü islahatlar olmasa bir müddət sonra Dövlət Neft Fondunu da eyni aqibətin gözlədiyini düşünürlər.
Ötən ay pul bazası da azalıb. İyulun 29-na olan məlumata görə, pul bazası 7 milyard 638,1 milyon manat təşkil edib. Bu, iyun ayının sonu ilə müqayisədə 51,3 milyon manat azdır. Pul bazasının azalması iqtisadiyyatın manatsızlaşması anlamına gəlir. Müstəqil iqtisadçılar düşünürlər ki, manta qıtlığında müəyyən mənada hökumət də maraqlıdır.Manat qıtlığı dolların bahalşçmasının qarşısını alır.