Veb-kameralar məscidlin içində olmayacaq

Namaz

-

«Təəssüf ki, bəzi insanlar məscidlərə kamera qoyulması prosesini yanlış başa düşürlər». «Report»un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı deyib.

O qeyd edib ki, kameraların məscidlərin daxilində quraşdırılacağı haqda deyilənlər həqiqət deyil.

«İnsanlar elə başa düşürlər ki, kameralar məscidin içərisində yerləşdiriləcək. İmamların, axundların xütbə və moizələrinə qulaq asılacaq. Bu, qətiyyən belə deyil. Bəli, məscidlərdə veb-kameralar quraşdırılacaq. Amma kameralar təhlükəsizlik məqsədilə məscidlərin ətrafında yerləşdiriləcək. Bu kameraların yerləşdirilməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlərinə daxil olan məsələdir» - deyə S.Salahlı bildirib.

Yada salaq ki, bəzi ekspertlər məscidlərdə kameraların quraşdırılacağı haqa xəbərlər yayıldıqdan sonra bunu tənqidlə qarşılamışdılar. Onlar hesab edirdilər ki, hökumət bununla dindar kəsimə nəzarəti gücləndirmək istəyir.