MN: ‘Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub’

Azərbaycan ordusunun əsgəri təlimdə, oktyabr 2021

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, iyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərindəki Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Nazirliyin məlumatında görə, Azərbaycan ordusunun mövqeləri Rusiya sülhməramlılarının müvəqəti yerləşdiyi ərazilərdən də atəşə tutulub.

"...Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb."-Müdafiə nazirliyinin məlumatında vurğulanır.

Bir gün əvvəl olduğu kimi Azərbaycan Müdafiə nazirliyinin atəşkəs pozuntusu ilə bağlı məlumatını Ermənistanın müdafiə təkzib edir.

Hələki atəşkəs pozuntusuna Rusiya sülhməramlı kontingentin mövqeyi bəlli deyil.

Xatıarlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsi az sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla nəticələnib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.