Azərbaycan Müdafiə Nazirliyinin iyunun 17-də yaydığı məlumatda Azərbaycan ordusunun mövqelərinin Ermənistan tərəfdən intensiv atəşə tutulduğu bildirir.
"İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur."-Müdafiə Nazirliyinin xəbərindı qeyd olunur.
Məlumatda Azərbaycan Ordusunun bütün istiqamətlərdə adekvat cavab tədbirləri gördüyü vurğulanır.
Nazirlik günün ikinci yarısında da bir-neçə dəfə Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğunu bildirib.
Ermənistanın Müdafiə nazirliyi bu məlumatı növbəti dezinformasiya kimi qiymətləndirir və Azərbaycan Müdafiə Nazirliyini növbəti təxribat üçün informasiya bazası yaratmaqda ittiham edir.
Buna da bax: Separatçılar Laçın dəhlizinin bağlandığını deyirlərXatırlatma
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.