-
Sizin brauzer HTML5-i dəstəkləmir
AzadlıqRadiosunun «İZ» proqramı bu sayını əfsanəvi «Molla Nəsrəddin» dərgisinin 110 illiyinə və ardınca gələcək bütün yubileylərinə həsr edir.
Düz 110 il əvvəl 1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadənin redaktorluğuyla Azərbaycan türkcəsində ilk satirik jurnal nəşrə başladı.
Tiflisdə çıxan bu dərgi çox tezliklə müsəlman şərqinin hər yerində əl-əl gəzdi.
«Sizi deyib gəlmişəm!»- deyə oxuculara üz tutan və türk xalqlarının sevimli və əfsanəvi müdriki Molla Nəsrəddinin adını daşıyan bu jurnal indiyədək
Azərbaycanın ən çox oxunan və ən geniş yayılan dərgisi sayılır.
-«Molla Nəsrəddin» niyə Bakıda deyil, Tiflisdə çıxdı?
-O dövrdə Bakıda satirik jurnala ehtiyac yox idimi?
-Bakı mövzusu jurnalın öncəliyi oldumu?
-Jurnalın Bakı dövrü Tiflis və Təbriz dönəmlərindən nə ilə fərqlənirdi?
-Ümumiyyətlə, Azərbaycanda nə vaxt satirik nəşrlərə ehtiyac duyulur?
-Və nəhayət, Mirzə Cəlil «Molla Nəsrəddin»i indi buraxsaydı, dərginin nəşri nə qədər davam edə bilərdi?
Aprelin 10-da saat 23-də AzadlıqRadiosunun «İz» proqramında bu və jurnalın nəşri ilə bağlı digər suallara cavab aranacaq.
Bu «İz»i itirməyin!