Mordoviyanın Romadanovsk rayon məhkəməsi Belozere kəndindəki orta məktəb müəllimələrinin hicab qadağasının ləğviylə bağlı tələblərini təmin edib.
Mk.ru saytının yazdığına görə, bu barədə onların vəkilləri Ruslan Naqiev özünün sosial şəbəkəsində məlumat yayıb.
Vəkilin sözlərinə görə hakim hicab geydiklərinə görə müəllimələrə verilən töhmətləri də ləğv edib, amma maaddi ziyana görə 5 min rubl məbləğində təzminat tələbini rədd edib.
Mənbə yazır ki, Moroviyada hicab məsələsi Rusiyanın təhsil naziri Olqa Vasilyeva ilə Çeçenistan lideri Ramzan Kadyrov arasında əyani mübahisəyə səbəb olmuşdu.
Qeyd edək ki, Rusiyanın Ali məhkəməsi bundan əvvəl məktəblərə dini geymlər və baş örtükləri ilə gəlməyin qadağan edilməsini qanuni sayıb.
Təhsil naziri Olqa Vasilyeva da hesab edir ki, orta məktəblərdə hicab olmamalıdır.
Çeçenstan prezidenti Ramzan Kadyrovsa həmin vaxt nazirə qarşı çıxmış və demişdi ki, onun qızları heç vaxt məktəbdə hicabı çıxarmayacaqlar.
Belozere kəndində əsasən tatarlar yaşayır.
Kənd məktəbinin rəhbərliyi bu ilin dekabrında müəllimələrin məktəbə hicabla gəlməsini qadağan edib.
Mordoviyada qızların məktəblərə hicabla gəlməsi hələ 2014-cü ildən qadağandır.
Belozera kənd sakinləri məsələ ilə bağlı məhkəməyə üz tutsalar da işi uduzdular.
Psixoloq Lyudmila Poderina hesab edir ki, indi bu kəntdə məktəblərdə şagird qızların hicab geyməsini qadağan etmək, müəllimələrə isə icazə vermək uşaqların tərbiyyəsi baxımından heç də yaxşı vasitə deyil.
“Nəyə görə müəllimələrə olar, şagirdlərə yox? Hesab edirəm ki, məktəblərdə müsəlman baş örtüklərinin mümkünlüyü məsələsi təhsil müəssisəsində hamı üçün eyni olmalıdır”,deyə o vurğulayıb.
Buna da bax. Kreml hicab məsələsində tərəf olmaq istəmir.