Yeni Moskva və Moskva vilayətlərində radioelektron mübarizə vasitələrinin köməyi ilə üç dronun vurulduğu xəbər verilir.
Bu barədə TASS dövlət xəbər agentliyi hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.
Dronlardan biri Lukino kəndi yaxınlığında düşərək partlayıb.
Daha iki dronun qalıqları Naro-Fominsk rayonunda aşkar edilib.
Bu barədə habelə Baza, Mash və Shot teleqram kanalları da məlumat veriblər.
112 teleqranm kanalı xəbər verir ki, dronlar Taman diviziyasının 15-ci motoatıcı alayının yaxınlığında düşüb.
Moskvaətrafı regionun qubernatoru Andrey Vorobyev iki dronun Naro-Fominsk şəhər dairəsinin Kalininets qəsəbəsinin yaxınlığında “hərbi hissələrdən birinin anbarlarına” doğru uçarkən düşdüyünü təsdiq edib.
Dağıntı və itki olmadığı xəbər verilir.
Qubernator yazır ki, hüquq-mühafizə orqanları sözü gedən ərazini bağlayıblar.
Buna da bax: Hanna Malyar: Rusiya döyüşə bütün qüvvələrini atıbPutinin iqamətgahı
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiyanın regionlarına müntəzəm olaraq dron hücumları edilir.
Bunlardan bəziləri dağıntılara və insan tələfatına səbəb olub.
Mayın 30-da Moskvaya və Moskvaətrafı regiona dron hücumu baş verib. Dronlardan üçü yaşayış evlərini vurub, qalanlarının isə vurulduğu iddia edilib.
Moskvaya hücum edən dronlardan birinin Vladimir Putinin Novo-Oqoryovadakı iqamətgahının yaxınlığında düşdüyü xəbər verilmişdi.
Moskva bu hücumlara görə Ukraynanı ittiham edir. Kiyev bir qayda olaraq belə xəbərləri şərh etmir.