Moskvanın mərkəzində, Teterinsk döngəsindəki ofis binasının damında zenit-raket qurğusu müşahidə edilir.
Soslai media istifadəçiləri bunun Pantsir-S1 zenit-raket qurğusu olduğunu yazırlar.
Rusiya və ya Moskva hakimiyyətinin rəsmiləri bu xəbərlərlə bağlı hələki açıqlama verməyiblər.
Bəzi istifadəçilər və teleqram-kanal müəllifləri ehtimal edirlər ki, Pantsir qurğusu Ukrayna tərəfindən mümkün dron hücumuna hazırlıq görülməsini göstərir.
Bundan əvvəl zenit-raket batareyasının Losinı adasında yerləşdirildiyi xəbər verilmişdi.
Bundan başqa sosial media şəbəkələrində Moskvada, Frunze şosesində yerləşən Müdafiə Nazirliyinin damında da zenit-raket qurğusunun yerləşdirildiyini göstərən fotolar yayılmışdı.
Bu fotoların həqiqiliyi hələki müstəqil mənbə tərəfindən təsdiq olunmayıb.
Buna da bax: Putin və Rusiya üçün tribunala dair qətnamə qəbul edildiS-400 divizionu?
Pantsir S1 zenit-raket sistemindən müəyyən hərbi, inzibati və sənaye obyektlərinin hava hücumundan – raket, dron, helikopter və təyyarə həmləsindən qorunması üçün istifadə edilir.
Bundan əvvəl Fokus saytı xəbər vermişdi ki, Moskvada S-400 raket sisteminin divizionu yerləşdirilib.
Bir diviziona adətən bir neçə batareya, batareyaya isə bir neçə artilleriya qurğusu daxil olur.
Rusiya rəsmiləri bu xəbərə də reaksiya verməyiblər.