Moskvanın hakim orqanları xidmət sektorunda çalışanların 60 faizi üçün COVID-19-a qarşı vaksinasiyanı məcburi edib. Bu haqda iyunun 16-da fərman dərc olunub. Rusiya paytaxtında yoluxmalar yenidən artır.
Moskvanın meri Sergey Sobyanin vəziyyətin dramatik olduğunu deyərək əhalini peyvənd olunmağa çağırıb.
Sobyanin iyunun 15-dən 9-dək qeyri-iş həftəsi elan edib.
Son 24 saat ərzində Moskvada təsdiqlənmiş yoluxmalar 5 min 782 nəfər artaraq 1 milyon 254 minə yaxınlaşıb. Bir gün öncə isə yoluxma sayı 6 min 805 olmuşdu.
Son bir sutkada paytaxtda 75 ölüm qeydə alınıb və bu, yanvarın 19-dan ən yüksək rəqəmdir. Moskvada pandemiya qurbanlarının ümumi sayı 21 mini keçib.
Ümumilikdə Rusiyada koronavirusdan 125 mindən çox insanın öldüyü bildirilir Amma bir çox ekspertlər bu rəqəmin xeyli yüksək olduğunu düşünürlər.