Moskva Ukraynadakı orduya yeni komandan təyin edib

Sergey Surovikin Suriyadakı vəziyyətlə Moskvada məruzə edərkən, 9 iyun 2017

56 yaşlı ordu generalı Sergey Surovikin Ukraynadakı müharibədə Birləşmiş Qüvvələr Qrupunun komandiri təyin edilib.

Bu barədə oktyabrın 8-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

İyun ayında nazirlik Surovikinin Cənub Qüvvələr Qrupuna rəhbərlik etdiyini bildirmişdi.

Buna da bax: Krım körpüsündə partlayış olub

2017-ci ilin oktyabrından Surovikin Aerokosmik Qüvvələrinin rəhbəri idi. O, Tacikistandakı silahlı münaqişədə, ikinci Çeçenistan müharibəsində və Suriyadakı hərbi əməliyyatlarda iştirak edib.

AzadlıqRadiosun rus xidməti (svoboda.org) 1995-ci ildə Frunze Hərbi Akademiyasının tələbəsi mayor Surovikin cinayət məsuliyyətinə cəlb olunduğunu yazır.

Qeyd olunur ki, Moskva qarnizonunun hərbi məhkəməsi onu o vaxt qüvvədə olan RSFSR Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirli bilib. O, “Bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma ilə və ya mütəşəkkil dəstə tərəfindən cinayət törətmək”, "Qanunsuz silah, döyüş sursatı və ya partlayıcı maddələrin daşınması, saxlanması, əldə edilməsi, istehsalı və ya satışı", bir də "Odlu silah, döyüş sursatı və ya partlayıcı maddələrin oğurlanması" maddələri ilə ittiham olunub.

Buna da bax: Putinin yubileyini kim necə ‘təbrik’ etdi

Yazıda qeyd olunur ki, həmin dövrdəki cinayət məcəlləsinə görə irəli sürülən ittihamlarla 10 ilə qədər azadlıqdan məhrum olunmalı Surovikin barəsində bir il sınaq müddəti olmaqla şərti həbs kökmü çıxarılıb.

İstintaq komitəsindən rəhbər vəzifəli şəxslərindən biri etiraf edib ki, “Frunze adına Hərbi Akademiyada oxuyarkən bəzi müəllimlərin qanunsuz silah satması halları olub və buna görə cinayət məsuliyyətinə cəlb olunublar”.

Və beləliklə, "bu müəllimlərdən birinin xahişini yerinə yetirən mayor Surovikin yarışda iştirak etmək üçün nəzərdə tutulan tapançanı başqa kursdan olan həmkarına təhvil verməyə razılaşıb. Dindirmə zamanı mayor Surovikin qeyri-qanuni heç bir iş görmədiyinə əmin olduğunu və ona görə də ittihamın götürüldüyünü və məhkumluğun aradan qaldırıldığını" deyib

Uzun illər sonra Surovikin deyib ki, guya onun üçün “bu mövzu” hələ 1995-ci ildə bağlanıb:

“İstintaq işi qaydasına saldı, mənim günahsızlığımı müəyyən etdi, məndən üzr istədilər və cinayət qeydlərimi sildilər” və sonra “məhkəmə məhkumluq qərarı ləğv edildi, əməllərimdə cinayət tərkibi olmadığı üçün artıq spekulyasiya predmeti deyil”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanda ehtiyatda olan hərbçiləri toplanışa çağırırlar

Yazıda iddia olunur ki, Surovikin daha sonralar da qalmaqallı əsgər ölümlərinin olduğu hərbi bölmələrdə yüksək postlarda olsa da onun adı baş verən hadisələrdən uzaq tutulub.

Daha sonra formal olaraq mayor müharibəyə, lakin döyüşlərin qızğın getdiyi Çeçenistana deyil, Tacikistanda yerləşən 201-ci motoatıcı diviziyasına göndərilib. 32 yaşında o, artıq polkovnik və bütün bölmənin qərargah rəisi idi.

Rusiyanın Suriyadakı hərbi birləşmələrinin (həmçinin Vaqner muzdluları) ən çox itkini (bir genera və bir neçə polkovnik) Surovikinin əmri zamanı həyata keçirilən döyüşdə verib. Bildirilir ki, Deyr əz-Zorda gedən döyüşlər zamanı Surovikin kürdlərin neft mədənlərinə doğru irəliləməsinin qarşısını almaq əməliyyatı baş tutmayıb və nəticədə ki, kürdlər ən böyük neft yataqlarına sahibləniblər. Amma buna baxmayaraq mərkəzi televiziya kanalları məhz Suriyadakı uğurların Surovikinlə bağlı olduğunu iddia ediblər.