►“Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”.
“Report”xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib:
“Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.
O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib:
“Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir”.
Ynavarın 12-dən başlayaraq bir neçə bölgədə bahalıq, işsizliklə bağlı etiraz aksiyaları keçirilib. bunlardan sonta hökumət una, buğdaya görə ƏDV-ni ləğv etdi, pensiyalar 10 faiz artırıldı.
Həmçinin bax:
Sizin brauzer HTML5-i dəstəkləmir