Yeni - 3-cü Nardaran məhkəməsi başlayır

"Nardaran işi" məhkəməsi.

Yanvarın 19-da Nardaran işi üzrə növbəti qrupun məhkəmə prosesi başlayacaq.

Məhkəməsi başlayanlar Nardaran olayları zamanı həbs olunan 12 nəfərdir. Onlar Zülfüqar Mikayılov, Elman Ağayev, Elxan Həsənov, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Ruzi İsmayılov, Cabir Əliyev, Mübariz İbrahimov və Ramil Seyfullayevdir.

“Müsəlman Birliyi” Hərəkatının üzvləri hakimiyyət əleyhinə iğtişaşlarda və bir sıra ağır cinayətlərdə ittiham edilirlər.

Buna da bax:​ 2-ci Nardaran işi: ''Bandotdel' bizə 10 gün 'qonaqlıq' verdi'

Həmin 12 şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim olunub. İşə hakim Zeynal Ağayev sədrliyi ilə baxılacaq.

Xatırlatma

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub.

Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib. Bəzi hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir.

Buna da bax: 'Məni İlham Əliyev eşitsin, dövləti çevirən onun özüdür'

Nardaran işi üzrə daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi artıq başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov da onların içərisində olub.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi isə ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və bir çox başqa ağır cinayətlərdə suçlanırlar. Təqsirləndirilən məhkəmədə bu ittihamları rədd ediblər. Polisləri də öldürmədiklərini bildiriblər. Onlara ağır işgəncələr verildiyini, təhqir edildiklərini söyləyiblər.

Buna da bax:​ İşgəncə və 'hakimə gül dəstəsi' mübahisəsi

Ancaq, məhkəmədə ifadə verən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları işgəncə şikayətlərini təkzib ediblər.

Dövlət ittihamçısı T.Bağırova ömürlük həbs, qalanlarına isə ağır cəzalar verilməsini istəyib.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Tale Bağırovun xanımı danışır